Əsas Səhifə > Ölkə, Manşet > GÜC STRUKTURLARINDA KADR İSLAHATLARI
GÜC STRUKTURLARINDA KADR İSLAHATLARI29-11-2012, 15:07 |
RƏHBƏRLƏR DƏYİŞMİR: HƏDƏFDƏ AŞAĞI HEYƏTDİR DİA.AZ: - Nazirlər Kabinetindəki mötəbər mənbəmizin bildirdiyinə görə, qarşıdan gələn prezident seçkiləri ərəfəsində güc strukturlarında - hər üç nazirlikdə kadr islahatları həyata keçiriləcək. Mənbəmiz iddia edir ki, Daxili İşlər və Müdafiə Nazirliyində nəzərdə tutulan kadr islahatları miqyas baxımından total xarakter daşısa da, Milli Təhlükəsizlik Nazirliyi sıralarında bir-iki fiqurun çıxdaş olunması gözlənilir. Mənbənin DİA.AZ-a iddia etdiyinə görə, konkret olaraq Daxili İşlər Nazirliyində şəxsi heyətin azaldılması da planlaşdırılır: «Məlumdur ki, bu gün təkcə Bakı şəhəri üzrə 30 mindən artıq polis işçisi fəaliyyət göstərir ki, bu da nə normativlərə, nə də standartlara uyğun deyil. Odur ki, polislərin sayının azaldılması gözlənilir». Mənbəmizin bildirdiyinə görə, eyni qaydada Müdafiə Nazirliyində də bir sıra ixtisarlar planlaşdırılır: «Söhbət dünənə qədər hərbi çağırış sistemi üzrə bu nazirlikdə fəaliyyət göstərən qurumların əməkdaşlarından gedir. Bu gün onlar faktiki olaraq işsizdirlər». Məlumatlardan o da aydın olur ki, nəzərdə tutulan ixtisar və islahatlar zamanı hansısa rəhbər vəzifə daşıyan şəxsin görəvdən alınması planlaşdırılmır. Geri qayıt |