Əsas Səhifə > Şou-biznes > AYGÜN KAZIMOVADAN KRİMİNAL SÖZLƏR

AYGÜN KAZIMOVADAN KRİMİNAL SÖZLƏR


29-11-2012, 12:14
AYGÜN KAZIMOVADAN KRİMİNAL SÖZLƏR
"ONLARI VURMAĞA ÇALIŞACAQLAR"

Aygün Kazımova özünü şou-biznesin birincisi hesab edən Elçin Cəfərovun sözlərinə münasibət bildirib.

Day.Az saytının məlumatına görə, A.Kazımova deyib ki, birincilik uğrunda mübarizə aparmaqdansa, yeni layihələr təqdim eləsələr, yaxşıdır.

"Yalnız təcrübəli, uzun illər ərzində çox şey etmiş müğənnilər özlərini nömrə bir adlandıra bilərlər. Digər ifaçılar isə başa düşmürlər ki, bu sözlərdən sonra həmkarları onları təqib etməyə, öz yollarından götürmək üçün onlara ziyan vurmağa çalışacaqlar. Əgər Elçin özünü birinci adlandırmasa belə, istedadı varsa, onu sevəcəklər. Tamaşaçılar həmişə hər şeyi doğru qiymətləndirir", - müğənni Lider telekanalının "Pərdə" proqramına bildirib.

Geri qayıt