Əsas Səhifə > Partiya > YAP-DAN MÜXALİFƏTƏ İTTİHAM

YAP-DAN MÜXALİFƏTƏ İTTİHAM


27-11-2012, 11:14
YAP-DAN MÜXALİFƏTƏ İTTİHAM
"KİM AZƏRBAYCANI MÜDAFİƏ EDİRSƏ, ONA HÜCUM EDİRLƏR"

Yeni Azərbaycan Partiyası (YAP) bəzi müxalif siyasi partiyaların və QHT-lərin Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinə qarşı ittihamlarını əsassız sayır.
YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Trend-ə açıqlamasında bildirib ki, indi kim Azərbaycanı harada müdafiə edirsə, müxalifət ona hücum edir.
"Avropa Şurasının həmməruzəçiləri ilə görüşmüşük, onlar deyirlər ki, biz obyektiv məruzə hazırlamışıq, burada Azərbaycan hökumətini də tənqid etmişik. Ancaq sizin müxalifətçilərinizin bəziləri bizi günahlandırırlar ki, guya biz Azərbaycan hökumətini tənqid etmirik. Həmməruzəçilər deyirlər ki, biz başa düşmürük nə etməliyik ki, müxalifətdə olan bəzi radikallar bizdən razı qalsınlar", - Qurbanlı deyib.
Onun sözlərinə görə, harada kimsə Azərbaycan hakimiyyətini müdafiə edirsə, bu radikal müxalifət və radikal yönümlü QHT-lərin rəhbərləri orada nəsə qara işlər axtarmaq istəyir, onları ittiham edirlər.
"Əgər ABŞ Prezidenti də Azərbaycanı müdafiə etsə, deyəcəklər ki, o da bizdən nəsə alıb müdafiə etdi. Yəni bu çox sərsəm situasiyadır, yanaşmadır. Müxalifətin də bədbəxtliyi odur. Hətta təbii fəlakəti də hökumətin üstünə yıxmaq istəyirlər", - Qurbanlı deyib.
Qeyd edək ki, bəzi müxalif partiyalar və QHT-lər AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərini qeyri-obyektiv mövqe nümayış etdirməkdə ittiham edirlər.

Geri qayıt