Əsas Səhifə > Şou-biznes > FAİQ AĞAYEVDƏN 4 GÜNLÜK KONSERT

FAİQ AĞAYEVDƏN 4 GÜNLÜK KONSERT


27-11-2012, 09:26
FAİQ AĞAYEVDƏN 4 GÜNLÜK KONSERT
XALQ ARTİSTİ REKORD QIRMAĞA HAZIRLAŞIR

Milli.Az xəbər verir ki, Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Faiq Ağayevin Heydər Əliyev Sarayında verəcəyi konsertlərin günü bəlli olub.

Dekabrın 27,28,29,30-na təsadüf edəcək konsertlərin adı nə qədər qəribə olsa da "Vida" adlanır.

Konsert 4 hissəyə bölünəcək və tamaşaçılar səhnədə fərqli Faiq Ağayevi görəcəklər, estradada ilk addımlarının atılmasından bu günə qədər olan xalq artistini.

Konsertlərin ümumi büdcəsinin 250 min manat civarında olduğu deyilir.

Onu da qeyd edək ki, xalq artisti yaxın günlərdə bununla bağlı jurnalistlərlə görüş keçirəcək.

Geri qayıt