Əsas Səhifə > Gündəm, Manşet > MEHDİYEV-HEYDƏROV CƏBHƏSİNDƏ HƏLLEDİCİ DÖYÜŞ

MEHDİYEV-HEYDƏROV CƏBHƏSİNDƏ HƏLLEDİCİ DÖYÜŞ


27-11-2012, 09:00
MEHDİYEV-HEYDƏROV CƏBHƏSİNDƏ HƏLLEDİCİ DÖYÜŞ
PA ŞEFİ RƏQİBİNƏ QARŞI MƏTBU KAMPANİYAYA BÖYÜK PULLAR AYIRIB

DİA.AZ: - Prezident seçkilərinin yaxınlaşması hakimiyyət daxilindəki münasibətlərin dah da gərgin nöqtəyə yön alması ilə müşaiyət olunmaqdadır. Bu barədə DİA.AZ-a iqtidardaxili qaynaqlardan ötürülən informasiyalardan aydın olur ki, 2013-cü ilin əsas mübarizələrindən biri də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov arasında cərəyan edəcək.

Xatırladaq ki, Heydərov-Mehdiyev münasibətlərinin az qala düşmənçilik həddində olması fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin mətbuata açıqladığı sənədlərdən belə aydın olurdu. Həmin sənədlərdə bildirilirdi ki, FHN şefinin atası, millət vəkili Fəttah Heydərov bu gün Ramiz Mehdiyevin onun oğluna qarşı kampaniya aparmasından xəbərdardır.

Redaksiyamıza daxil olan son informasiyalardan da aydın olur ki, əslində Fəttah Heydərov haqlıdır və günü bu gün də sözügedən istiqamətdən Kəmaləddin Heydərova qarşı yeni hücum əmri verilib. Mötəbər mənbənin bildirdiyinə görə, Kəmaləddin Heydərova qarşı kampaniyanın təşkili üçün daha çox müxalifət mətbuatının gücündən istifadə olunması qərarı verilib: «Doğrudur, burada hakimiyyətə yaxın bir sıra KİV-lərdə də FHN-yə aidiyyatı olan problemlərin qabardılması yönündə müəyyən tapşırıqlar verilib. Amma əsas ağırlıq məhz müxalif mətbuatın üzərindədir».

Mənbəmiz bu arada maraqlı bir faktı da açıqlayıb: «Diqqətçəkəni odur ki, Kəmaləddin Heydərova qarşı mətbu kampaniyanın təşkili məqsədilə Prezident Administrasiyasına yaxın maliyyə qaynaqlarının hesabına 200 min manata yaxın pul ayrılıb. Hər halda, bir seçki ili üçün bu qədər vəsait çox ciddidir və həmçinin prosesə başlayan qüvvələrində də öz yollarında nə qədər israrlı olmalarının göstəricsidir».

Onu da bildirək ki, Kəmaləddin Heydərova qarşı başladılan kampaniyanın hansı maliyyə qaynaqları hesabına təmin ediləcəyi haqda da redaksiyamıza məlumatlar daxil olub. Həmin yöndəki araşdırmalarımız bitdikdən sonra diqqətinizə çox idginc faktları çatdıracağıq. Bizi izləməkdə davam edin…

Geri qayıt