Əsas Səhifə > Ölkə, Manşet > BEYLƏQAN MƏKTƏBİNDƏ “QIŞ BAZARI” AÇILIB
BEYLƏQAN MƏKTƏBİNDƏ “QIŞ BAZARI” AÇILIB27-11-2012, 08:56 |
DİREKTOR ŞAGİRDLƏRDƏN QIZDIRICI PULU YIĞIR DİA.AZ: - Beyləqan rayon Əmirzeydili kənd sakinləri adından redaksiyamıza müraciət daxil olub. DİA.AZ-a şikayətlənən kənd sakinləri təhsil sistemindəki özbaşınalıqlardan giley-güzar edirlər. Şikayət məktubunda deyilir: “Bir müddət əvvəl Beyləqan rayon Rəsul Cəfərov adına Əmirzeyitli kənd orta məktəbində baş verən özbaşınalıqlarla bağlı müraciət etmişdik. Bir daha məlumat üçün qeyd eək ki, bu məktəb Heydər Əliyev fondu tərəfindən tikilib balalarımızın rahat şəraitdə təhsil almaları üçün onların ixtiyarına verilib. Bizim övladlarımıza göstərdiyi bu cür qayğıya görə Heydər Əliyev Fonduna və şəxsən Mehriban xanıma minnətdarlığımızı bildiririk. Nəzərinizə çatdıraq ki, yeni tikilən məktəbdə isitmə sistemi quraşdırılıb. Lakin məlum olmayan səbəblərdən bu isitmə sistemi hal hazırda işləmir. Yaranan mövud problemdən məktəbin direktoru Qurban Məmmədov istifadə edərək şagirdlərdən pul yığıb, məktəbə qızdırıcılar almaq barədə göstərişlər verib. Bundan başqa çox qeyri-adi və gülməli fikir irəli sürüb. Tapşırıb ki, şagirdlər məktəbə gələndə başqa ayaqqabı gətirsinlər və məktəbdə ayaqqabılarını dəyişsinlər”. Bu da hamısı deyil. Narazı kənd sakinləri məktublarında əlavə edirlər: “Digər problem isə məktəbin dam örtüyünün yağan yağışlara tab gətirməməsidir. Belə şəraitin yaranması iş icraçılarının öz işlərini “məsuliyyətlə” icra etmələrindən xəbər verir”. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |