Əsas Səhifə > Ölkə > ŞİRVANDA MÜƏLLİMLƏRƏ BAZARLIQ TƏKLİFİ

ŞİRVANDA MÜƏLLİMLƏRƏ BAZARLIQ TƏKLİFİ


27-11-2012, 08:53
ŞİRVANDA MÜƏLLİMLƏRƏ BAZARLIQ TƏKLİFİ
DƏRS SAATI ALMAQ İSTƏYƏNLƏRİN ƏLİ CİBİNDƏ OLSUN

Ötən gün redaksiyamıza Şirvan şəhərindən şikayət məktubu ünvanlanıb. Məktubu ünvanlayan Şirvan şəhər E.B.İmanov adına məktəbdə dərs deyən müəllim Tahirə Baloğlanova bildirir ki,mən 1969-cu ildən adı qeyd olunan təhsil ocağında sinif müəllimi kimi fəaliyyətə başlamışam. Bu uzun illər ərzində bilikli, savadlı, məktəbin adını həmişə ucaldan siniflər yetişdirib 5-ci sinifə ötürmüşəm. Yaxşı savadlı, işgüzar direktorlarla işləmişəm. Həmişə direktordan və yetirdiyim siniflərdə dərs deyən müəllimlərdən yetirdiyim siniflər haqqında xoş sözlər və tərif eşitmişəm. 25 il metodbirləşmə rəhbəri olmuşam. Gənc müəllimlərdən öz köməkliyimi əsirgəməmişəm. Təkcə 2002-2003-cü il buraxılışında XI-A sinifindən 4 nəfər şagird orta məktəbi qırmızı attestatla bitirərək ali məktəbə qəbul olmuşdular. Əmək kitabçamda çoxlu təşəkkülər vardır. Artıq 1 ildən çoxdur ki, 10 saylı orta məktəbin direktoru yoxdur. Məktəbi direktor müavini idman müəllimi (məşqçi) arif Əliyev əvəz edir. O, müvəqqəti vəzifəsindən istifadə edərək müəllimləri incidir. Biz müəllimlərdən çoxlu pul yığır. Pul verməyən müəllimləri incidərək, dərs saatların əlindən alır. Arif əliyev təhsil ocağını "Kubinka" bazarına çevirib. Kim nə istəyir satır. Dərs zamanı II mərtəbədə güclü alver gedir. Təkcə VII-A sinifində 1 il ərzində (2011-2012) riyaziyyat dərsi keçirilməyib. Valideynlər dəfələrlə Arif Əliyevə bu barədə şikayət ediblər amma nə faydası var. Yenə köhnə hamam, köhnə tas. Həmin sinifə riyaziyyat müəllimini əvəz etmək məqsədi ilə başqa sahənin müəllimləri göndərilib. şagirdlərin riyaziyyatdan bilik səviyyəsi çox aşağı enib. Arif Əliyev riyaziyyat müəllimi İradəni 1 illik, tarix müəllimi Sevdanı 1 il 2 aylıq məzuniyyətə buraxıb. Arif Əliyev qurulmuş planla məktəbin iki direktorunun yəni Nəsrəddin və Rafiqin üstünə şər atdıraraq, biyabırçı şəkildə işdən azad olunmalarına səbəbkar olub. Arif Əliyev direktor olması üçün alternativlərini sıradan çıxarmağa nail olub. Amma özü fikirləşməlidir ki, Prezidentin qərarı var idman müəllimindən direktor ola bilməz.

Nəzərinizə çatdırıram ki, bu il mən 1-ci sinif qəbul etməli idim. Lakin Arif Əliyev məndən pul istədi. Mən də imkansızlıqdan tələb olunan pulu verə bilmədim. Ona görə də mənim şagirdlərim başqa siniflərə göndərildi. Qərəzli şəkildə şagirdlərimin sənədləri məktəbin əmək müəllimi Samirə xanıma göndərildi. Samirə xanımı mənim əvəzimə sinif müəllimi təyin etdi. Mənim sinifim açılmamış, Arif Əliyevin Səmirə müəlliməyə sinif açması düzgün deyil. Sinifimi bağlayaraq, əmək müəlliməsinə sinifi pul müqabilində satdı. Bu neqativ haldan sonra məktəbin bütün müəllimləri Arif Əliyevə öz iradlarını bildirərək, sinifimin qaytartılması üçün xahiş etdilər. Lakin ona edilən xahişlər pulun qarşısında aciz qaldı.

Xüsusi ilə qeyd edim ki, idman müəllimi Arif Əliyevin qızı Çinarə Əliyeva Sabir adına Pedaqoji Texnikomu bitirib. Tesdən keçməyərək, 10 saylı orta məktəbdə müxtəlif siniflərdə ingilis dilindən dərs deyir. Halbuki tesdən keçməyən müəllim dərs deyə bilməz. Arif Əliyev və onun həyat yoldaşı Maisə Əliyeva məktəbi korrupsiya yuvasına çeviriblər. bir dəfə də belə olsun Maisə Əliyeva idman formasını geyinərək şagirdlərə dərs keçməyib.

Diqqətinizə çatdırım ki, Arif Əliyev u günə qədər heç bir müəllimin dərsində direktor kimi iştirak etməyib və dinləmə kitabında onun dinlədiyi dərs yoxdur. Qızı Çinarəni dərnək rəhbəri kimi işə götürüb. Ancaq Çinarə müəllimə müxtəlif siniflərdə ingilis dərsi deyir. Bu necə müəllimdir ki, özü müəllim yanında hazırlaşır.

Bildirim ki, ibtidai siniflərin dərs hissə müdiri Səadət Mirzəzadə dərs dediyi sinifin jurnalı Əzizova Ofeliyanın adınadır.

Arif Əliyev əvəzetmə dərslərini öz yaxınlarına yazır. Keçən il yəni 2011-ci ildə rus dilindən dərs deyən Tatyana müəllimə xəstələnərək iki ay məktəbə gələ bilmədi. Tatyana müəlliməni məktəbin kitabxanaçısı Əfsanə müəllimə əvəz etdi. Axı Əfsanə müəllimə rus dilini bilmir və şagirdlərə necə dərs deyə bilər. Ona görə də valideynlər dəfələrlə direktor əvəzi olan Arif Əliyevə bu barədə şikayət etdilər. Amma heç bir nəticəsi olmadı.

Məcbur qalıb bu barədə Şirvan şəhər icra hakimiyyəti başçısının ictimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Elmira Ağayevaya və Şirvan şəhər təhsil şöbəsinin müdiri Paşa Nəbiyevə müraciət etmişəm. Müraciətimə baxmayaraq, bu iki vəzifəli şəxs heç bir tədbir görməyib. Hətta qeyd ediblər ki, bu işi məhkəmə həll edə bilər. Bir sözlə desək Arif Əliyevin qanunsuz əməllərinə göz yumulur.

Mən bir pedaqoq olaraq, ölkənin təhsil naziri Misir Mərdanovdan xahis edirəm bu vəziyyətə aydınlıq gətirsin və əlimdən alınmış sifimin mənə qaytarılması üçün xüsusi göstəriş versin. İnanıram ki, bu qanunsuzluqlara son qoyulacaq və təhsil ocağı əvvəlki illərdəki kimi yüksək nailiyyətlər qazanacaq.
\ Xalqxeber.İnfo \
Geri qayıt