Əsas Səhifə > Partiya > PEDRO AZƏRBAYCAN MÜXALİFƏTİ İLƏ GÖRÜŞƏCƏK

PEDRO AZƏRBAYCAN MÜXALİFƏTİ İLƏ GÖRÜŞƏCƏK


26-11-2012, 12:15
PEDRO AZƏRBAYCAN MÜXALİFƏTİ İLƏ GÖRÜŞƏCƏK
İSPAN HƏMMƏRUZƏÇİ DAHA KİMLƏRİN QAPISINI DÖYƏCƏK?

AÇPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi, ispan deputat Pedro Aqramunt Bakıda rəsmi səfərdədir. Səfərdə məqsəd ölkənin Avropa Şurası qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə dair hesabatın hazırlanmasıdır.

Bazar ertəsi P.Aqramunt Milli Məclisin spikeri Oqtay Əsədov, AŞPA-da Azərbaycan nümayəndə heyəti və parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə görüşəcək.

Çərşənbə axşamı o, Ali Məhkəmənin sədri, baş prokuror, XİN və DİN rəhbərləri ilə görüşəcək.

Səfərin sonuncu günündə, noyabrın 28-də P.Aqramuntun prezident İlham Əliyevlə görüşü nəzərdə tutulur. O həmçinin ədliyyə naziri ilə görüşəcək. Həmin gün axşam mətbuat konfransı keçirəcək.

Proqram layihəsində QHT və parlamentdə təmsil olunmayan müxalifət partiyalarının nümayəndələri ilə görüşlər barədə bənd yoxdur. Bundan əvvəl müxalifət partiyalarının nümayəndələri və bir sıra hüquq- müdafiə təşkilatlarının rəhbərləri P.Aqramuntu və ikinci həmməruzəçi Cozef Qreşi qeyri-obyektivlikdə və Azərbaycan hakimiyyəti ilə əməkdaşlıqda ittiham ediblər.

P.Aqramuntla C.Qreşin hazırladığı hesabatın AŞPA-nın yanvar sessiyasında müzakirəsi gözlənilir.

Geri qayıt