Əsas Səhifə > Sosial, Manşet > NÖVBƏTİ BAŞ NAZİRİMİZİN KİMLİYİ MƏLUM OLDU

NÖVBƏTİ BAŞ NAZİRİMİZİN KİMLİYİ MƏLUM OLDU


26-11-2012, 11:10
NÖVBƏTİ BAŞ NAZİRİMİZİN KİMLİYİ MƏLUM OLDU
«VURULACAĞI» DEYİLƏN ZİYA MƏMMƏDOV SEÇKİDƏN SONRA YÜKSƏLİŞDƏ

DİA.AZ: - «Nəqliyyat Naziri Ziya Məmmədovun baş nazir postuna hazırlaşması barədə məlumatlar hələ xeyli əvvəldən yayılsa da, sonradan bu posta iddialıların sırasının genişlənməsi sözügedən müstəvidə bir qeyri-ciddi ab-hava ada yaratmış oldu. Amma məsələ heç də mətbuatda iddia olunduğu kimi deyil. Yəni baş nazirlik uğrunda mübarizə olsa da, hər kəs kimin daha şanslı olduğunu gözəl bilir». Bu ilginc məlumatı DİA.AZ-a Nazirlər Kabinetindəki etibarlı mənbə ötürüb.

Qaynağın iddialarından belə aydın olur ki, prezident seçkilərindən sonra Nazirlər Kabinetinin rəhbərliyində ciddi dəyişikliklər baş verəcək: «Əslində dəyişikliklərə erkən də başlanıla bilər. Çünki baş nazirin müavinlərindən bəzilərinin istefaya hələ seçkilərə qədər göndərilməsi nəzərdə tutulur».

Mənbəmiz bildirdi ki, amma baş nazir postunda dəyişiklik seçkidən sonra baş verəcək: «Bu, həm də qanunların tələbidir. Prezident seçkidən sonra yeni Nazirlər Kabinetinin heyətini təsdiqləyir və bu zaman kimlər üçünsə sürpriz hesab olunan addım atılacaq. Ziya Məmmədov baş nazir postuna təyin ediləcək».

Mənbəmiz onu da bildirdi ki, nəqliyyat naziri postuna isə Mussa Pənahovun gətirilməsi nəzərdə tutulur. Hazırda nəqliyyat nazirinin müavini vəzifəsini tutan Mussa Pənahovun bu vəzifəyə gətirilməsində Ziya Məmmədovun da maraqlı olduğu söylənilir.

Geri qayıt