Əsas Səhifə > Hadisə > ŞİRVANDA YAŞAYIŞ EVİ PARTLAYIB

ŞİRVANDA YAŞAYIŞ EVİ PARTLAYIB


26-11-2012, 10:35
ŞİRVANDA YAŞAYIŞ EVİ PARTLAYIB
XƏSARƏT ALANLAR VAR

Şirvanda yaşayış evində partlayış olub, xəsarət alanlar var.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan ikiotaqlı mənzildə partlayış baş verib.
Nəticədə mənzilin eyvanının şüşələri qırılıb, evdə olan 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya aparılıb.
Partlayış zamanı yanğın hadisəsi olmayıb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri qayıt