Əsas Səhifə > Hadisə > DAHA BİR YATAQXANA YANDI

DAHA BİR YATAQXANA YANDI


26-11-2012, 09:53
DAHA BİR YATAQXANA YANDI
FHN 9 AİLƏNİN HƏYATINI XİLAS EDİB

Şəkidə yataqxanada yanğın olub. Fövqəladə Hallar Nazirliyi (FHN) Şəki Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki İpək Kombinatının 2 saylı filialının Şəki şəhəri M. Ə. Rəsulzadə küçəsində yerləşən, 9 ailənin məskunlaşdığı birmərtəbəli yataqxanada yanğın baş verib. Hadisə yerinə Şəki YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları tamamilə yanıb.

Yanğın genişlənərək ailələrin yaşadığı bir neçə otağa ziyan vurub. Yanğın zamanı xəsarət alan olmayıb. Şəki YMH-nin əməkdaşlarının səyi nəticəsində yanğının qarşısı alınıb.

Faktla bağlı Şəki YMH tərəfindən araşdırma aparılır.

Geri qayıt