Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİMİZİN DƏRDİNƏ BAX, AY ALLAH....

MÜĞƏNNİMİZİN DƏRDİNƏ BAX, AY ALLAH....


26-11-2012, 09:28
MÜĞƏNNİMİZİN DƏRDİNƏ BAX, AY ALLAH....
NƏ GÜNLƏRƏ QALDIQ: SİLİKONSUZ QIZ AXTARILIR

Tanınmış estrada müğənnisi Samir Piriyev yeni oxuduğu "Bir filmin sonu" mahnısının klipi üçün iki xanım axtarır.

Özü də, digər həmkarlarından fərqli olaraq Samir Piriyev klipinə silikonsuz və plastik operasiya etdirməyən, təbii gözəlliyi olan qızları çəkmək istəyir. Müğənni hətta bu haqda Facebook sosial şəbəkəsində də qeyd edib.

Piriyev Milli.Az-a bunları açıqladı: "Bu klipdə real həyatdan götürülən elə səhnələr var ki, orada süniləşmiş, üz ifadələri olmayan qızlar yaramayacaq. Xahiş edirəm, həmin qızlar məndən inciməsinlər. Amma onları başqa müasir mövzulu kliplərdə çəkmək olar. Sadəcə, mənim bu klipimdə rejissor təbii gözəlliyi olan iki qız çəkmək istəyir".

Geri qayıt