Əsas Səhifə > Şou-biznes > “ARKA SOKAKLAR”IN MURADI AZƏRBAYCANDA

“ARKA SOKAKLAR”IN MURADI AZƏRBAYCANDA


26-11-2012, 09:24
“ARKA SOKAKLAR”IN MURADI AZƏRBAYCANDA
AKTYORUN YENİ LAYİHƏSİNDƏ KİMLƏR VAR?

2002-ci ildən bu yana güclü, topdağıtmaz komandası ilə tv, film və serial sektorundakı işləri ilə seçilən, eləcə də reklam çəkilişləri ilə Türkiyə, Azərbaycan, Rusiya və İsraildə önəmli proyektlərin altına imzasını atan Murat Fetullah yenə də iddialıdır. Belə ki, o, birinciliyi hədəfləyir. Bir zamanlar "Arka sokaklar" serialında çəkilən Murat - yəni "Pas Gasting"in prezidenti yuxarıda qeyd etdiyimiz sektorların tarixinə adını qızıl hərflərlə yazdırmağı qarşısına məqsəd qoyub.

Oxumeni.az-ın xəbərinə görə, qəhrəmanımız Azərbaycanla bağlı fikirlərini də reallaşdırmağa başlayıb. O, vətənimizdə digər yerli istehsalçılarla yeni layihələr üzərində çalışır. Dediyinə görə, mavi ekrana səs-sədası uzaqlardan eşidiləcək bir bomba kimi düşəcək. M.Fetullah: "Gecə-gündüz dayanmadan işləyirik. Gözəl işlərimizlə bir marka halına gəlmə yolunda dayanmadan irəliləməkdəyik".


“ARKA SOKAKLAR”IN MURADI AZƏRBAYCANDA
“ARKA SOKAKLAR”IN MURADI AZƏRBAYCANDA

Geri qayıt