Əsas Səhifə > Gündəm, Manşet > SAHİBİ ÖLDÜRÜLMÜŞ ŞİRKƏTƏ QARŞI ŞOK İDDİA

SAHİBİ ÖLDÜRÜLMÜŞ ŞİRKƏTƏ QARŞI ŞOK İDDİA


26-11-2012, 09:01
SAHİBİ ÖLDÜRÜLMÜŞ ŞİRKƏTƏ QARŞI ŞOK İDDİA
İSKƏNDƏR MİRZƏYEV XƏYAL HOLDİNQDƏN YARIM MİLYON MANAT TƏLƏB EDİR

DİA.AZ: - Məşhur “Xəyal-Holdinq” MMC şirkətinə qarşı böyük məbləğli iddia qaldırılıb. DİA.AZ-ın ədliyyə orqanlarındakı qaynaqlardan əldə etdiyi məlumatına görə, İskəndər Mirzəyev holdinqdən 455 min manat pul tələb edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib. Bakı Apellyasiya Məhkəməsi məhkəmə aktını qüvvədə saxlayıb. İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, “Xəyal holdinq” şirkəti 1995-ci ildə Azərbaycanda yaradılan ilk özəl şirkətlərdən biridir. Şirkətin çörək və limonad zavodu, konserv, pivə və tünd içkilər sexi var.

Xatırladaq ki, “Xəyal-Holdinq”in prezidenti Fikrət Rəcəbovun meyiti 2006-cı fevralın 9-da Nardarandakı bağ evində asılmış vəziyyətdə tapılıb. Onun intihar etdiyi məlum olub. 2006-cı ildən 2009-cu ilə qədər şirkətin fəaliyyətində passivlik müşahidə olunub.

Onu da bildirək ki, DİA.AZ olaraq iddianın səbəbləri və iddiaçının kimliyi ilə bağlı əlavə məlumatları yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin.

Geri qayıt