Əsas Səhifə > Şou-biznes > ZABİT NƏBİZADƏ TƏBRİZDƏ KONSERT VERƏCƏK

ZABİT NƏBİZADƏ TƏBRİZDƏ KONSERT VERƏCƏK


13-11-2011, 13:48
ZABİT NƏBİZADƏ TƏBRİZDƏ KONSERT VERƏCƏK

KONSERTDƏ XANƏNDƏ İLƏ YANAŞI, TƏLƏBƏLƏRİ DƏ ÇIXIŞ EDƏCƏK

Azərbaycanın tanınmış muğam ifaçısı, xalq artisti Zabit Nəbizadə noyabrın 14-dən 16-dək Təbrizdə geniş konsert proqramı ilə çıxış edəcək.

Bu barədə AzərTAc-a məlumat verən Z.Nəbizadə bildirib ki, İranda keçiriləcək silsilə konsertlərdə muğamsevərlər muğam dəstgahlarını və təsnifləri dinləyəcəklər.

Konsertlərdə xanəndənin yetirmələri Abgül Mirzəliyev və Mirələm Mirələmov da çıxış edəcəklər.


Geri qayıt