Əsas Səhifə > Ölkə > NEFT ÖLKƏSİNİN ŞƏHƏRİ SOYUQDAN DONUR
NEFT ÖLKƏSİNİN ŞƏHƏRİ SOYUQDAN DONUR13-11-2011, 13:45 |
SUMQAYITIN BAĞLAR MASSİVİ 9 İLDİR QAZ ÜZÜNƏ HƏSRƏT QALIB Sumqayıt şəhərinin "Bağlar massivi" adlanan ərazisində yaşayan sakinləri düz 8-9 ildir ki, mavi yanacaq üzünə həsrət qalıblar. Sakinlərin verdiyi xəbərə görə, əlacsız qalan sakinlər əlavə xərc çəkərək evi odunla qızdırmaq qərarına gəliblər. Sakinlər bildirirlər ki, nə gecələri var nə də ki, gündüzləri: “Soyuq və şaxtalı havada əlavə xərc çəkərək odun və balonlarda mavi yanacaq alırıq”. Onların sözlərinə görə, bununla bağlı dəfələrlə aidiyyatı qurumlara və Sumqayıt şəhər Qaz istismar sahəsinə ərizə ilə müraciət ediblər. Amma onların səsinə səs verən tapılmayıb. Məsələyə aydınlıq gətirmək üçün yollandıq Sumqayıt Qaz istismar sahəsinə. Qurumdan bildirdilər ki, sakinlərə veriləcək mavi yanacaq artıq "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 2010-2013-cü illər dövlət proqramına salınıb. Gələn ildən etibarən həmin əraziyə qaz verilişi tam təmin olunacaq. Baş mühəndis Teymur Balıyev bununla əlaqədar artıq həmin əraziyə yaxın digər yerlərdə işlərin başlanıldığını bildirib. Burda isə sakinlərə səbr etməkdən başqa bir çıxış yolu qalmır. Geri qayıt |