Əsas Səhifə > Güney Press, Araşdırma > İSA QƏMBƏR NİGAR YAQUBLUNUN MƏHKƏMƏSİNDƏ

İSA QƏMBƏR NİGAR YAQUBLUNUN MƏHKƏMƏSİNDƏ


23-11-2012, 14:28
İSA QƏMBƏR NİGAR YAQUBLUNUN MƏHKƏMƏSİNDƏ
BAŞQAN HAKİMƏ NƏ DEDİ?

Abşeron Rayon Məhkəməsi müsavatçı fəal Nigar Yaqublunun mühakiməsini dekabrın 5-də davam etdirəcək. “Media forum” saytının məlumatına görə, bu barədə qərar noyabrın 23-də keçirilən məhkəmə prosesində verilib. Hakim bildirib ki, dekabrın 5-də keçiriləcək prosesdə ittiham tərəfinin şahidləri dindiriləcək.

Nigar Yaqublu haqda seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və gənc fəalın ev dustaqlığına buraxılması haqda vəkillərin verdiyi vəsatətə də dekabrın 5-də baxılacaq.

Noyabrın 23-də keçirilən məhkəmə prosesində İctimai Palatanın Koordinasiya Şurasının üzvlərindən Müsavat Partiyasının başqanı İsa Qəmbər, Xalq Partiyasının sədri Pənah Hüseyn, Nigar Yaqublunun Hüquqlarını Müdafiə Komitəsinin sədri Mehriban Vəzir, Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, gənclər təşkilatlarının fəalları qatılıblar. ABŞ, Norveç, Böyük Britaniya səfirliklərinin, ATƏT-in Bakı ofisinin nümayəndələri də prosesi izləyiblər.

“Media forum” saytı xəbər verir ki, hakim İlham Kərimli prosesin təxirə salındığını elan edəndə zalda əyləşən Müsavat başqanı İsa Qəmbər replika verib: “Siz bu qərarı elan edəndə Bernard Şounun bir fikri yadıma düşdü. O deyib ki, bir avtomobil qəzası haqda iki şahid dinlədikdən sonra mənim tarix elminə hörmətim azaldı. Siz bu işin mahiyyətini gözəl bilirsiniz. Necə şahid dindirsəniz də, heç nə dəyişməyəcək. Ona görə də bu işi uzatmayın, qərarınızı verib ədaləti bərpa edin, işi yekunlaşdırın. Özünüzü o qızın yerinə qoyun. Bu, bir qəzadır və hər kəsin başına gələ bilər, heç kim qəzadan sığortalanmayıb. Ona görə də hələ bilmək olmaz hansı qəzalar olacaq, kim türmədə oturacaq”.

İSA QƏMBƏR NİGAR YAQUBLUNUN MƏHKƏMƏSİNDƏ
İSA QƏMBƏR NİGAR YAQUBLUNUN MƏHKƏMƏSİNDƏ
İSA QƏMBƏR NİGAR YAQUBLUNUN MƏHKƏMƏSİNDƏ
İSA QƏMBƏR NİGAR YAQUBLUNUN MƏHKƏMƏSİNDƏ
İSA QƏMBƏR NİGAR YAQUBLUNUN MƏHKƏMƏSİNDƏ
İSA QƏMBƏR NİGAR YAQUBLUNUN MƏHKƏMƏSİNDƏ

Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. Aydın Acalovun maşını Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi “KAMAZ” markalı avtomaşınla toqquşub. Aydın Acalovun avtomobilini Nigar Yaqublu idarə edib. İstintaq iddia edir ki, qəza onun təqsiri üzündən baş verib.

Geri qayıt