Əsas Səhifə > Ölkə, Manşet > «AZƏRİQAZ» ƏBƏDİ YANAN ATƏŞGAHI DA SÖNDÜRÜR?

«AZƏRİQAZ» ƏBƏDİ YANAN ATƏŞGAHI DA SÖNDÜRÜR?


23-11-2012, 12:18
«AZƏRİQAZ» ƏBƏDİ YANAN ATƏŞGAHI DA SÖNDÜRÜR?
SURAXANI RAYONU ƏRAZİSİNDƏ QAZ PROBLEMİ

DİA.AZ: - Redaksiyamıza Suraxanı rayonu sakinləri adından şikayət məktubu daxil olub. DİA.AZ-a müraciət edən sakinlərin narazılığı «Azəriqaz»dandır. Narazı vətəndaşlar bildirirlər ki, havalar soyuyar-soyumaz evlərə verilən qazın təzyiqi normadan aşağı salındı:

«Artıq buna vərdiş etdiyimizdən kimsə narazılığını bildirmədi. Bu gün səhər saatlarından isə havaların soyuq olmasına baxmayaraq yaşayış evlərinin təbii qazla təminatı birdəfəlik olaraq dayandırılıb».

Əsas problemin tarixi abidəmiz hesab olunan Suraxanı rayonu ərazisindəki «Atəşgah»ın ətrafındakı evlərdə yaşandığını bildirən vətəndaşla vurğulayırlar ki, həmin atəşgahda təbii olaraq əbədi alov var: «Bilirik ki, «Azəriqaz»ın əlində olsaydı, «Atəşgah»ın da odunu söndürərdi. Amma bizdə artıq evlərdə insanlar soyuqdan donurlar və dəfələrlə şikayət etməyimizə baxmayaraq, kimsə şikayətimizi eşitmir».

Onu da bildirək ki, yaranmış problemlə bağlı «Azəriqaz»ın «qaynar xətti» ilə əlaqə yaratmağa çalışsaq da, buna nail ola bilmədik. Hər halda, əhaliyə belə «qaynar xətt» «xidməti» göstərən bir dövlət qurumunun insanlara qarşı düşmən münasibətinin səbəbini anlamaq qeyri-mümkündür. Bir yandan evləri qazsız qoyurlar, digər yandan da təhlükəli tərkibli təbii qazları ilə insanları zəhərləyirlər.

Geri qayıt