Əsas Səhifə > Şou-biznes > "SERİALIMIZ REYTİNQDƏ BİRİNCİDİR"...

"SERİALIMIZ REYTİNQDƏ BİRİNCİDİR"...


23-11-2012, 09:41
"SERİALIMIZ REYTİNQDƏ BİRİNCİDİR"...
"XAHİŞ ELƏDİLƏR Kİ"...

Azərbaycanlı aktyor “Pərvanələrin rəqsi” serialındakı möhtəşəm sonluqdan danışdı.

Tanınmış aktyor, Akademik Millli Dram Teatrının aktyoru Anar Heybətov serialın möhtəşəm sonu haqda fikirlərini Milli.Az ilə bölüşüb:

“Bildiyiniz kimi, serialımız necə reytinqli başlamışdısa, yenə də olduğu kimi seriallar içində reytinqdə birincidir. Hətta Facebook-da mənə suallar da verirlər ki, Vəsilə nə vaxt Türkiyədən qayıdır? Xahiş edənlər olur ki, Aytənin xətrinə dəyməyim (gülür). Orxanın nə vaxt cavabını verəcəksən? Təbii ki, bütün bunlar sevindirici bir haldır, deməli, tamaşaçılar diqqətlə baxır və serialımızı sevirlər.

Serialımızın növbəti seriyalarında tamaşaçıları daha da maraqlı səhnələr gözləyir. Son seriyalarda partlayış olacaq. Serial möhtəşəm sonluq ilə bitəcək. Heç bir tamaşaçı serialın necə sonluqla başa çatacağını deyə bilməz. Bir milyon versiya irəli sürsələr də. Facebook dostlarımdan, yəni serialımızı sevənlərdən xahiş edirəm ki, serialın növbəti bölümləri haqda sual verməsinlər (gülür). Çünki cavab verməyə ixtiyarımız yoxdur. Əgər cavab versək, serial onlar üçün də maraqsızlaşar”.

"İnanırsınızmı ki, bundan sonra çəkilən seriallarda da bu cür seviləcəksiniz?" sualına isə aktyor bu cür cavab verib:

“Əlbəttə. Bütün oynadığım rolları çalışmışam ki, tamaşaçıya sevdirim. Mənə olan sevgilərinə görə bütün tamaşaçılara minnətdarlığımı bildirirəm. Onlara serialımızın kollektivi adından təşəkkür edirəm. Başqa serial çəkilişi ilə məşğul olan qruplara da uğurlar arzulayıram”.

Geri qayıt