Əsas Səhifə > Siyasət, Manşet > KREMLİN AZƏRBAYCANDA TƏXRİBAT PLANI

KREMLİN AZƏRBAYCANDA TƏXRİBAT PLANI


22-11-2012, 11:22
KREMLİN AZƏRBAYCANDA TƏXRİBAT PLANI
RUSİYAYANLILAR AĞALARINDAN YENİ TƏLİMAT ALIBLAR: VƏZİYYƏT CİDDİDİR

DİA.AZ: - Kremlin Azərbaycana basqılarının artdığı bir şəraitdə hakimiyyət daxilindəki rusiyayanlı qüvvələr də hərəkətə keçmə yönündə təlimatlar alıblar. Bildirilənə görə, konkret olaraq Prezident Administrasiyasında və Nazirlər Kabinetində qərarlaşan həmin qüvvələr qarşıdan gələn prezident seçkilərində öz maraqlarını təmin edə bilmələri üçün yeni təzyiq planının üzərində baş sındırırlar və hətta təxribatlara belə gediləcək addımlar düşünülür.

Bu barədə məlumatı verən etibarlı mənbənin sözlərinə görə, zaman-zaman Rusiya ilə həddən-ziyadə sıcaq münasibətlərdə olması indi rəsmi Bakının işini çox çətinə salır: «Bu gün Azərbaycanda seçki prosesinin Rusiyanın nəzarəti altında oldduğu faktdır. Və bu mexanizma Prezident Administrasiyasından yönəldilməkdədir. İndi isə rəsmi Bakını daima basqı altında saxlama qərarını verən ruslar məhz bu üstünlüklərindən istifadə etmək qərarını veriblər».

Mənbəmiz bildirir ki, qısa müddət içində əks-cinahın alternativ mexanizm formalaşdırmasının qeyri-mümkünlüyü rusiyayanlı qüvvələrə daha da geniş manevr imkanları yaradıb: «Hətta vəziyyət elə bir həddədir ki, əgər Kremlə indiki gərgin münasibətlər 2013-cü ilin 16 oktyabr tarixinə, yəni seçki gününə qədər daşınarsa, o zaman çox böyük təxribatçı olaylar da baş verə bilər».

Mənbəmizin sözlərinə görə, hətta rusiyayanlılar Kremldən çətin şəraitdə İlham Əliyevin qələbəsini elan etməmə tapşırığı da alıblar.

Geri qayıt