Əsas Səhifə > Dünya > DAHA 40 TÜRK ZƏLZƏLƏYƏ QURBAN GETDİ

DAHA 40 TÜRK ZƏLZƏLƏYƏ QURBAN GETDİ


13-11-2011, 11:52
DAHA 40 TÜRK ZƏLZƏLƏYƏ QURBAN GETDİ

BU RƏQƏMİN ARTMA EHTİMALLARI YÜKSƏKDİR

Türkiyənin Van əyalətində çərşənbə günü baş verən zəlzələ nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb. Bu barədə "Frans Press" agentliyi yerli icra orqanlarına istinadən xəbər verir.

Bu günədək 30 nəfərin həlak olması barədə məlumat yayılmışdı.

Çərşənbə günü axşam Türkiyənin cənub-şərqində 5,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 25 bina, eləcə də iki hotel dağılıb. Zəlzələ zamanı evlərin 22-də yaşayış olmayıb.

Daha çox sayda insan dördmərtəbəli "Bayram" mehmanxanasının dağılması zamanı həlak olub. Burada 70-ə yaxın adam, o cümlədən Türkiyənin Qırmızı Aypara Cəmiyyətinin nümayəndələri və jurnalistlər olub. Xilasedicilərin məlumatına görə, hotelin dağıntıları altında hələ ona yaxın adamın, o cümlədən Türkiyənin "Doğan" İnformasiya Agentliyinin iki reportyoru qalır.

Zəlzələnin baş verdiyi yerdə xilasetmə işləri davam etdirilir.


Geri qayıt