Əsas Səhifə > Cəmiyyət > QƏRB BÖLGƏSİ QARA TƏSLİM OLDU
QƏRB BÖLGƏSİ QARA TƏSLİM OLDU12-11-2011, 15:35 |
HAVALAR DAHA DA PİSLƏŞƏCƏK Gecə saatlarından başlayaraq respublika ərazisində hava şəraitinin kəskin şəkildə dəyişməsi Qərb rayonlarında güclü yağıntılara səbəb olub. Gəncə şəhəri və ətraf bölgələrə yağış, Daşkəsən və Gədəbəy rayonlarına isə qar yağmağa başlayıb. Daşkəsən rayon fövqəladə hallar komissiyasının sədri Cavanşir Qocayevin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, ötən gecədən başlayan yağıntı nəticəsində rayon mərkəzində qarın qalınlığı 15 santimetrə, dağlıq ərazilərdə isə 35-40 santimetrə çatıb: “Yağıntılarla əlaqədar Gəncə-Daşkəsən avtomobil yolunda avtomobillərin hərəkətində heç bir problem yoxdur. Buzlamanın qarşısını almaq üçün yollara mütəmadi olaraq duz və qum səpilir. Qarın yağması ilə əlaqədar gecə saatlarında bəzi məntəqələrdə elektrik enerjisinin verilişində fasilələr yaransa da, əraziyə cəlb edilmiş briqadaların səyi nəticəsində problem aradan qaldırılıb. Rayon ərazisində mavi yanacağın verilişində heş bir problem yoxdur”. Gədəbəy rayon fövqəladə hallar komisssiyasının sədri Qüdrət Paşayevin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, gecə saatlarından başlayaraq Gədəbəy rayonuna qar yağır: “Hal-hazırda davam edən yağıntı nəticəsində rayon mərkəzində qarın qalınlığı 15 santimetr təşkil edir. Qar yağmasına baxmayaraq, rayon ərazisində avtomobil yolları açıqdır. Avtomobillərin hərəkətində heç bir problem yoxdur. Rayon ərazisində elektrik enrjisinin və mavi yanacağın verilməsində fasilələr yaranmayıb”. Qeyd edək ki, hazırda hər iki rayonda qar yağıntısı davam edir. Geri qayıt |