Əsas Səhifə > Ölkə, Manşet > ELŞAD ABDULLAYEV FRANSANI TƏRK EDİB

ELŞAD ABDULLAYEV FRANSANI TƏRK EDİB


21-11-2012, 15:06
ELŞAD ABDULLAYEV FRANSANI TƏRK EDİB
KEÇMİŞ REKTORUN MOSKVADA OLDUĞU SÖYLƏNİLİR

DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin Fransada yox, Moskvada olması barədə xəbər yayılıb. DİA.AZ bildirir ki, bu məlumat «Facebook» sosial şəbəkəsində paylaşılıb.

Verilən xəbərdə qeyd olunur ki, ABU-nun sabiq rektoru Moskvaya Rusiya siyasi hakimiyyətinin xəbəri olaraq gedib: «Məlumdur ki, ABU-nun Moskva filialı var və maraqlıdır ki, Bakıda əsas tədris ocağı fəaliyyətini dayandırsa da, filial öz fəaliyyətini davam etdirir».

Mənbə Vladimir Putinlə Elşad Abdullayevin münasibətlərinin olduğunu və hətta Rusia prezidenti tərəfindən ABU-nun keçmiş rektoruna bahalı saatın hədiyyə olunduğunu da xatırladaraq bildirir ki, Elşad Abdullayevin bundan sonra elə Rusiyada qalması da gözlənilir.

Geri qayıt