Əsas Səhifə > Siyasət, Manşet > YASAMALIN HƏRBİ KOMİSSARINA QARŞI İTTİHAM VAR

YASAMALIN HƏRBİ KOMİSSARINA QARŞI İTTİHAM VAR


21-11-2012, 12:39
YASAMALIN HƏRBİ KOMİSSARINA QARŞI İTTİHAM VAR
KOMİSARLIQDA BAŞ VERƏN YEYİNTİLƏR «YUXARILARIN» DİQQƏTİNİ CƏLB EDİB

DİA.AZ: - Son günlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işindəki nöqsanlarla bağlı mətbuatda intensiv məlumatlar yayılmaqdadır. Onu da bildirək ki, dövlət xidmətinin ayrı-ayrı rayon şöbələrinin fəaliyyətindəki biabırçılıqlar son nəticədə ölkəmizə insan itkisi hesabına başa gəlir ki, bu da problemin aktuallığını diqtə etməkdədir.

Elə redaksiyamıza daxil olan informasiyalarda da sözügedən problemdən danışılır. Məlumatlı mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iki rayondakı şöbəsində baş verən olaylar artıq «yuxarıların» da diqqətini cəlb edib.

Mənbəmizin sözlərindən belə anlaşılır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə və Yasamal rayonu şöbələrində total yoxlamalar planlaşdırılır.

Bu barədə əlavaə bilgiləri yaxın vaxtlarda diqqətinizə çatdıracağıq, bizi izləməkdə davam edin.

Geri qayıt