Əsas Səhifə > Siyasət, Manşet > HƏSƏNOV QARDAŞLARININ YƏHUDİ SEVGİSİ

HƏSƏNOV QARDAŞLARININ YƏHUDİ SEVGİSİ


12-11-2011, 12:33
HƏSƏNOV QARDAŞLARININ YƏHUDİ SEVGİSİ

AZİNKO "İSRAEL SHIPYARDS LTD" ŞİRKƏTİ ÜÇÜN ƏLƏTDƏ EV YIXACAQ

DİA.AZ: - Azərbaycanda vətəndaşın malı, canı, mənəvi dəyərləri sözün hərfi mənasında Əliyev rejiminin tapdağı altındadır. Əvvəllər Bakı şəhərində idisə, indi bütün respublika ərazisində sadə, məzlum vətəndaşların mülkiyyət hüququ Əliyev rejiminin cəlladları tərəfindən zorlanır.

Bəzən hüquqları uğrunda mübarizə aparan vətəndaşlar qətlə yetirilir. Sadə və məzlum vətəndaşların evlərinin, digər daşınmaz əmlaklarının əllərindən zorla alınması işində sanki qızğın bir yarışma var.

Bu məzlumlara zülümvermə yarışında ZQAN İnşaat, Paşa İnşaat, Zema İnşaat, Gilan İnşaat və Akkord şirkəti bəhsə girmişdi. Bu şirkətlərin hamısı İlham Əliyevin sevimli ətrafının firmalardır. ZQAN İnşaat Nəqliyyat naziri Ziya Məmmədovun bir milyon avroya ayı kababı yeyən oğlu Anar Məmmədova, Paşa İnşaat Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əmisi oğlu Mircamal Paşayevə, Zema İnşaat Azərbaycan Hava Yolları QSC-nin sədri Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevaya, Gilan İnşaat Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərova məxsusdur, Akkord şirkəti isə birbaşa olmasa da baş prokurur Zakir Qaralovun himayəsində idi, indi şirkət fəaliyyətinin tənəzzül dövrünü yaşayır.

Amma 2010-cu ildən etibarən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənova məxsus AZİNKO holdinq şirkəti vətəndaşların evlərini və digər daşınmaz əmlaklarını əllərindən zorla alınması yarışında digər yuxarıda adları qeyd edilən şirkətəri geridə qoyub.

Əldə etdiyimiz məlumata görə AZİNKO şirkəti sadə vətəndaşların mülkiyyətlərini əlləridən alınması istiqamətində yeni layihəyə start verir. Bu dəfə hədəf Ələt qəsəbəsi, partnyor isə İsrail şirkətidir.

Redaksiyamıza daxil olan məlumata görə bir müddət öncə Abşeron Hoteldə bir neçə yerli və xarici iş adamları ilə işgüzar görüş zamanı söhbətdə şəxsən Kərəm və Malik Həsənov qardaşları özü iştirak edib. Görüş, mənzil qərargahı İsrailin Hayfa şəhərində yerləşən "İsrael Shipyards Ltd" şirkətinin baş direktoru Avi Şahafın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Həsənov qardaşları arasındakı yəhudilərin gerçəkləşdirmək istədikləri layihə ilə bağlı detalların müzakirəsindən bəhs edib. Avi Şahaf deyib: "İsrael Shipyards Ltd" şirkəti Qaradağ rayonunun Ələt qəsəbsində və Astara rayonu ərazisində gəmi təmiri zavodu və zavodun əməkdaşları üçün 3 çoxmərtəbəli yaşayış kompleksinin inşaasını həyata keçirmək niyyətindədir. Amma layihənin reallaşması üçün ilk zəruri tədbir inşaat ərazisində məskunlaşmış yaşayış massivinin köçürülməsidir. Başlanğıc üçün, bəlkə də bütün inşaat prossesi boyu ən müşkül məsələ kimi yaşayış massivinin köçürülməsini qeyd etmək olar. Ona görə də ilkin mərhələdə AZİNKO şirkətinin dəstəyinə ehtiyac var".

Malik Həsənov isə cavab olaraq bildirib ki, son zamanlar şirkət (AZİNKO nəzərdə tutulur-red.) üzərində ictimai nəzarət və təzyiqlər artıb, bu səbəbdən də ilkin mərhələ həqiqətən çətindir. "Amma siz artıq ölkə rəhbərliyi tərəfindən dəstək aldığınız üçün bu massivlərin köçürülməsi, oradakı mülklərin sökülməsi hökmən həyata keçiriləcək". Kərəm Həsənov da gülərək deyib ki, artıq Malik bu işlərdə çox püxtələşib.

İsrailli iş adamları Ələtdə AZİNKO şirkətinin aparacağı söküntü işlərinə və göstərdikləri xidmətə görə 100 min avro ödəyəcəklər. Məbləğ digər söküntülərə görə ödəniləndən ona görə belə azdır ki, Ələtdə və Astarada köçürüləcək yaşayış massivindəki evlərin və vətəndaşların sayı Bakıda söküntülərə məruz qalan evlərin və vətəndaşların sayından azdır: 300-ə yaxın ev.

Deməli, sadə və məzlum vətəndaşlar uzun illər min bir əziyyətlə, dişilə, dırnağı ilə borc edib bir ev tikiblər, indi də bir İsrail şirkətinin sifarişi ilə Əliyev rejimi həmin evləri uçurub camaatı qoyacaq küçələrdə ki, nə var nə var, yəhudilər burda gəmi təmiri zavodu və işçilər üçün yaşayış kompleksi tikəcək.

Araşdırmalar zamanı məlum oldu ki, "İsrail Shipyards Ltd" şirkəti heç də yalnız mülki gəmilərin təmiri ilə deyil, həm də və əsasən hərbi, xüsusilə də raketdaşıyan gəmilərin istehsalı və təmiri ilə məşğul olur. Azərbaycan hökuməti Ələtdə liman salmağı planlaşdırır və buna görə orada "İsrail Shipyards Ltd" şirkətinin təmirlə məşğul olmasını hardasa anlamaq olar. Amma bu şirkətin Astarada nə işlə məşğul olacağı anlaşılmaz qalır. Əldə etdiyimiz məlumata görə, İsrail şirkəti cənub zonasında da Həsənov qardaşları ilə işbirliyinə girib. Amma bu biznes proyektinin nədən ibarət olduğunu tam aydınlaşdıra bilmədik.


Geri qayıt