Əsas Səhifə > Cəmiyyət > ZAKİR FƏRƏCOVDAN KÜRƏKƏNİNƏ HƏDİYYƏ

ZAKİR FƏRƏCOVDAN KÜRƏKƏNİNƏ HƏDİYYƏ


21-11-2012, 11:04
ZAKİR FƏRƏCOVDAN KÜRƏKƏNİNƏ HƏDİYYƏ
SERVİZİN TÜRKANA HÜCUMU

Abşeron rayon başçısı Zakir Fərəcovun müavini Serviz Süleymanov Türkan kəndindəki daş karxanalarına hücum çəkib.

Bu barəkə “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir. Məlumatda qeyd olunur ki, Zakir Fərəcova yazılan şikayət məktublarına 15 gündür ki, cavab verilməyib. Yalnız Z. Fərəcovun köməkçisi onların şikayətinə şifahi cavab verib. O, bildirib ki, başçının bu işdən xəbəri yoxdur: “Bundan sonra isə sahibkarlar Serviz Süleymanova müraciət edərək etdiyi özbaşınalığın səbəbini soruşublar və cavab gözlənilməz olub. S. Süleymanov deyib ki, hamiya bəllidir, biz oradan sahibkarları çıxarıb o ərazidəki daş karxanalarını Ramin Məcidova həvalə edəcəyik. Ramin Məcidov Respublika prokrorluğunun işçisidir və Ədliyyə Nazirliyində bələdiyyələrə nəzarət şöbəsinin müdiri Mehdi Səlimzadənin oğludur. Eyni zamanda Abşeron rayon icra başçısı Zakir Fərəcovun kürəkənidir”.

Redaksiyaməza daxil olan məlumatda bildirilir ki, bu iş üzrə S. Süleymanov özünə xüsusi dəstə qurub. S. Süleymanov özü başçılıq etdiyi dəstə ilə birlikdə daş karxananalarına gəlib, özü ilə avtokran və yük maşınları da gətirib ki, kombaynları apara bilsin. Sahibkarlar isə öz əmlaklarını qorumaq üçün Abşeron rayon İcra Hakimiyyətindən kömək istəyiblər və İcra Hakimiyyətindən heç kəs onlara cavab verməyib.

Geri qayıt