Əsas Səhifə > Ölkə, Manşet > ŞOK: İVANAŞVİLİ ARDNŞ ŞEFİNƏ ŞƏRİK QOŞULUR

ŞOK: İVANAŞVİLİ ARDNŞ ŞEFİNƏ ŞƏRİK QOŞULUR


20-11-2012, 14:50
ŞOK: İVANAŞVİLİ ARDNŞ ŞEFİNƏ ŞƏRİK QOŞULUR
YENİ GÜRCÜ HÖKUMƏTİ İLƏ MƏXFİ ANLAŞMALAR

DİA.AZ: - Mətbuata açıqlama verən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev artıq Gürcüstanın yeni hökuməti ilə dil tapdıqlarını bildirir. Dövlət Neft Şirkətinin prezidentinin sözlərindən belə aydın olur ki, bu gün ARDNŞ-in Gürcüstandakı layihələrinin şübhə altına düşdüyünün iddia olunması da doğru deyil.

Xatırladaq ki, bir müddət əvvəl Socar Georgia ilə bağlı çox ciddi problemlərin ortaya çıxdığını xəbər vermişdik və qeyd etmişdik ki, aparılan yoxlamalar nəticəsində Gürcüstanın vergi polisi «Socar Georgia»nın gürcü dövlətindən 13 milyon ABŞ dolları (26 milyon lari) həcmində pul gizlətdiyi müəyyən olunub ki, bununla da yeni hökumətlə rəsmi Bakının arasındakı sərinlik daha da gərgin müstəviyə keçid almışdı. Hətta «Socar Georgia»nın vitse-prezidenti Mahir Məmmədov yaranmış vəziyyətdə məsuliyyətdən yayına bilməsi üçün Azərbaycana qaçmalı olmuşdu.

Qeyd edək ki, Mahir Məmmədov eyni zamanda Rövnəq Abdullayevin Gürcüstandakı biznesini yönəldən əsas fiqurdur. Və belə bir şəraitdə onun ARDNŞ prezidenti tərəfindən müdafiə olunacağı şəkksiz idi. Və belə də oldu. Bu ayın 9-da Rövnəq Abdullayev Tiflisə gedərək Gürcüstanın yeni hökumət rəhbəri ilə danışıqlar apardı.

Bununla bağlı DİA.AZ-a daxil olan son informasiyalardan belə aydın olur ki, mahiyyətcə də biznesmen olan İvanaşvili Rövnəq Abdullayevlə danışıqlarda ilginc şərtlər irəli sürüb: «İvanaşvili özünə yaxıq şəxslərdən birini «Socar Georgia»ya şərik təklif edib. Yaxın günlərdə bu qərar üzrə əldə olunmuş informasiyaya uyğun olaraq addımlar atılacaq. Çünki Rövnəq Abdullayev rəsmi Bakının adından müsbət cavab verib».

Mənbəmizin sözlərinə görə, bu müzakirələr zamanı öz biznesini inkişaf etdirmə barədə razılıq əldə edən Rövnəq Abdullayev həmçinin Mahir Məmmədova qarşı irəli sürülən ittihamları da aradan qaldırmağa müvəffəq olub: «Artıq Mahir Məmmədov Tiflisə işinin başına qayıdıb».

Geri qayıt