Əsas Səhifə > Partiya > SİYAVUŞ NOVRUZOVDAN MÜXALİFƏT LİDERLƏRİNƏ "AĞSAQQAL MƏSLƏHƏTİ"

SİYAVUŞ NOVRUZOVDAN MÜXALİFƏT LİDERLƏRİNƏ "AĞSAQQAL MƏSLƏHƏTİ"


20-11-2012, 11:42
SİYAVUŞ NOVRUZOVDAN MÜXALİFƏT LİDERLƏRİNƏ "AĞSAQQAL MƏSLƏHƏTİ"
"BƏLƏDİYYƏ SÇEKİLƏRİNƏ GEDİN"

Azərbaycan müxalifətinin prezidentliyə vahid namizədinin olacağı mümkün məsələ deyil. Bunu çərşənbə axşamı Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

"Mən əvvəldən də demisdim ki, onların vahid namizəd məsələsi olmayacaq. Yəni bu, mümkün olan məsələ deyil. Çünki onların hər biri iddialıdır, daxili aləmində hakimiyyət hərisliyi var", - Novruzov bildirib.

YAP rəsmisi deyib ki, əvvəllər olduğu kimi, bu gün də AXCP və Müsavat Partiyası bir-birinə qarşı ittihamlar səsləndirirlər.

"Amma heç əziyyət çəkməyə ehtiyac yoxdur. İsa Qəmbərin və ya Əli Kərimlinin namizəd olub-olmaması cəmiyyətdə heç nəyi dəyişmir. Çünki onlar bütün seçkilərdə məğlub olublar, özü də biabırçı şəkildə. Misal üçün, onlar bələdiyyə seçkilərində namizədliklərini sınasalar, daha məqsədəuyğun olar, nəinki prezident seçkilərində", - Novruzov deyib.

YAP rəsmisinin sözlərinə görə, onlar prezidentliyə namizədliklərini irəli sürsələr, növbəti bir şou göstərəcəklər.

Geri qayıt