Əsas Səhifə > Şou-biznes > FAİQ AĞAYEV MÜRACİƏT ETDİ

FAİQ AĞAYEV MÜRACİƏT ETDİ


20-11-2012, 11:09
FAİQ AĞAYEV MÜRACİƏT ETDİ
SOSİAL ŞƏBƏKƏLƏRDƏN ÇƏKİNMƏYİN

Xalq artisti Faiq Ağayev sosial şəbəkədən istifadə etməyən həmkarlarına səslənib. Müğənni AzNews.az-a açıqlamasında bildirib ki, sosial şəbəkədə fəal olmağına səbəb bilavasitə sənətiylə maraqlananlarla daha rahat ünsiyyət qurmaqdır. F.Ağayev müğənnilərin sosial şəbəkədən çəkinmələriylə bağlı bunları deyib:

“Burada çəkiniləcək nə var ki? Əksinə, birbaşa ünsiyyət... heyranların fikirləri mənim üçün vacibdir. Mən orada fikirləri qeyd edən zaman bilirəm ki, bu, fikir ictimai bir fikirdir. Sadəcə olaraq, bəzən fikirlərim təhrif olunur. Məcbur qalıram ki, buna dəqiqləşdirmə verim. Bütün həmkarlarıma müraciət edirəm və deyirəm ki, sosial şəbəkələrdən istifadə etməkdən çəkinməsinlər”.

F.Ağayev yaxın günlərdə ifa etdiyi, musiqisi Nailə Mirməmmədli, sözləri Xurman Vəfaya və aranjiman müəllifi Yaşar Baxışa məxsus olan “Əlvida” mahnısına klip çəkdirəcəyini də deyib:

“Yaxın günlərdə mahnının təhvil veriləcəyinə ümid edirəm. Bu mahnıya klip çəkmək fikrindəyəm. Klipin rejissoru yeni ad, yeni sima olacaq. Bu barədə dolğun məlumat verəcəyəm”.

Geri qayıt