Əsas Səhifə > Partiya > MÜXALİFƏT MİLLİ DİRÇƏLİŞ GÜNÜNƏ HAZIRLAŞIR

MÜXALİFƏT MİLLİ DİRÇƏLİŞ GÜNÜNƏ HAZIRLAŞIR


11-11-2011, 15:55
MÜXALİFƏT MİLLİ DİRÇƏLİŞ GÜNÜNƏ HAZIRLAŞIR

İCTİMAİ PALATA MÜZAKİRƏLƏR TƏŞKİL EDİR

İctimai Palata noyabrda ölkə həyatının aktual problemləri ilə bağlı bir sıra ictimai müzakirələr keçirəcək.

Palatanın Koordinasiya Şurası noyabrın 17-də Azərbaycanın milli dirçəliş günü mövzusunda “dəyirmi masa” keçirəcək. 4 il əvvəl hakimiyyət bu bayramı istirahət günləri siyahısından çıxarıb.

Noyabrın 18-də vətəndaşların mülkiyyət hüquqlarının pozulması ilə bağlı müzakirələr olacaq. Əsas məruzəçi Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusdur.

Növbəti tədbir noyabrın 22-də keçiriləcək “Azərbaycanın Avrointeqrasiyada yeri” mövzusunda “dəyirmi masa” olacaq. Milli Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Əliyeva məruzə ilə çıxış edəcək.

Noyabrın 24-də “Neft gəlirləri” mövzusunda müzakirələr olacaq. İştirakçılar “karbohidrogen resurslarının satışından ölkəyə daxil olan gəlirlərin qeyri-şəffaf istifadəsi”ni müzakirə edəcəklər. Bu mövzu üzrə neftçilərin hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı və İqtisadi İslahatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu çıxış edəcək.

Noyabrın sonunda Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının hökumət tərəfindən icrasına və Azərbaycanda məhkəmə sisteminin vəziyyətinə həsr olunmuş “dəyirmi masa”nın keçirilməsi planlaşdırılır.


Geri qayıt