Əsas Səhifə > Siyasət, Manşet > ÇÖRƏK BİZNESİ MONAPOLİYAYA ALINIR

ÇÖRƏK BİZNESİ MONAPOLİYAYA ALINIR


11-11-2011, 15:10
ÇÖRƏK BİZNESİ MONAPOLİYAYA ALINIR

20 ÇÖRƏK SEXİNİN FƏALİYYƏTİ DAYANDIRILIB

DİA.AZ: - Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi çörək və çörək məmulatları sexlərində monitorinqləri davam etdirir. Komitənin mətbuat xidmətinin verdiyi məlumata görə, aparılan araşdırmalar zamanı 20 çörək istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb:

“Problemlər əsasən kiçik sexlərdə qeydə alınır. Qüsur aşkarlanan sexlərə xəbərdarlıq edilir. Problem aradan qaldırılmazsa sexin fəaliyyəti dayandırılır”.

Bu barədə DİA.AZ-ı məlumatlandıran Nazirlər Kabinetindəki qaynaq isə iddia edir ki, çörək sexlərinə qarşı kampaniyanın arxasında məmurlardan biri dayanır: “Burada əsas məqsəd ən gəlirli biznes növlərindən biri olan çörək biznesini ələ keçirməkdən ibarətdir”.

Mənbəmiz maraqlı bir faktı da açıqladı: “Bir neçə gün əvvəl çörəyin qiymətinin ucuzlaşdırılması da məqsədlidir. Bu, müvəqqəti xarakter daşıyır. əsas məqsəd xırda çörək sexlərinin sıradan çıxarılmasından ibarətdir. Bazar tam boşalandan sonra, yenə də qiymətləri qalıdracaqlar. Artıq bir nəfər öz istədiyi qiyməti alıcıya diqtə edəcək”.


Geri qayıt