Əsas Səhifə > Cəmiyyət > BAKIDA POLSİLƏRLƏ VƏTƏNDAŞLARIN KÜTLƏVİ DAVASI
BAKIDA POLSİLƏRLƏ VƏTƏNDAŞLARIN KÜTLƏVİ DAVASI19-11-2012, 11:31 |
5 POLİS YARALANIB Bu gün Bakı şəhərinin Suraxanı rayonu ərazisində bir qrup vətəndaş polis əməkdaşlarına qarşı itaətsizlik göstərib və dava-dalaş olub. Hüquq-mühafizə orqanlarından Lent.az-a daxil olan məlumata görə, saat 03.00 radələrində Qaraçuxur qəsəbəsində, ailəvi istirahət mərkəzinin yaxınlığında 5-6 nəfər xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıb və asayişi kobud şəkildə pozub. Bu zaman həmin şəxslər polis əməkdaşlarına hücum ediblər və bir neçə polis əməkdaşına xəsarət yetirilib. Əraziyə dərhal əlavə qüvvə göndərilib, lakin asayişi pozan şəxslər tabeçilik göstərməyiblər və dava-dalaş daha da böyüyüb. Hadisə nəticəsində aralarında polis kapitanı və leytenantı da olmaqla 5 polis işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. Asayişi pozan şəxslər saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, yaralananların hamısı Suraxanı RPİ 32-ci Polis Bölməsinin əməkdaşıdır. Geri qayıt |