Əsas Səhifə > Dünya > YƏHUDİLƏR BİÇƏ-BİÇƏ GEDİR

YƏHUDİLƏR BİÇƏ-BİÇƏ GEDİR


19-11-2012, 11:15
YƏHUDİLƏR BİÇƏ-BİÇƏ GEDİR
ÖLƏNLƏRİN SAYI 100-Ə YAXINLAŞMAQ ÜZƏRƏDİR

Noyabrın 19-da İsrail aviasiyası Fələstinin Qəzza bölgəsinə yeni zərbə endirib. “Lenta.ru” saytının məlumatına görə, Qəzza administrasiyasının rəsmisi Əşrəf əl-Kidra 4 nəfərin, o cümlədən 2 uşağın həlak olduğunu, 42 nəfərin yaralandığını bəyan edib.

Noyabrın 18-də isə 5 nəfər – 81 yaşlı qadın və 4 uşaq bombardmanlara qurban gedib. Əməliyyatların başladığı gündən – noyabrın 14-dən bəri Qəzza bölgəsində 81 fələstinlinin öldüyü, 720 nəfərin yaralandığı xəbər verilir.

İsrail noyabrın 14-dən başlayan hərbi əməliyyatda Qəzza bölgəsini idarə edən “Həmas” hərəkatının hərbi arsenalının hədəfə alındığını bəyan edir. Qəzzaya canlı qüvvə ilə müdaxilə istisna olunmur. Ölkədə 75 minlik ehtiyat qüvvə hərbi səfərbərliyə cəlb olunub. \ "Media forum" \

Geri qayıt