Əsas Səhifə > Hadisə > BAKIDA ORTA MƏKTƏBDƏ PARTLAYIŞ OLUB

BAKIDA ORTA MƏKTƏBDƏ PARTLAYIŞ OLUB


11-11-2011, 14:19
BAKIDA ORTA MƏKTƏBDƏ PARTLAYIŞ OLUB

NAMƏLUM PARTLAYIŞ NƏTİCƏSİNDƏ 1 ŞAGİRD YARALANIB

Bakıda orta məktəbdə partlayış olub. Bu barədə APA-ya Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsindən məlumat verilib.

Hadisə bu gün Buzovna qəsəbəsində yerləşən 234 saylı orta məktəbdə qeydə alınıb. Nəticədə 11-ci sinif şagirdi, 17 yaşlı İbadov Məmi Təyyar oğlu yanıq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Polisdən, həmçinin bildirilib ki, sözügedən məktəbdə qaz xətti olmayıb. Partlayışın nədən baş verdiyi hələlik məlum deyil.

Hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri hadisə yerində araşdırma aparırlar.


Geri qayıt