Əsas Səhifə > Cəmiyyət > NAZİM İBRAHİMOV DA SIRADAN ÇIXARILIR

NAZİM İBRAHİMOV DA SIRADAN ÇIXARILIR


16-11-2012, 11:35
NAZİM İBRAHİMOV DA SIRADAN ÇIXARILIR
ONU YARITMAZ FƏALİYYƏTDƏ SUÇLAYIRLAR

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov yaxın günlərdə vəzifəsindən azad oluna bilər. Bu haqda “AzeriNews.org”a hakimiyyət daxilindəki etibarlı mənbə açıqlama verib.
Məlumata əsasən, Azərbaycan hakimiyyəti bu qənaətdədir ki, Moskvada Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) yaradılmasına Nazim İbrahimovun yarıtmaz fəaliyyəti rəvac verib. Mənbə bildirir ki, elə bu səbəbdən Nazim İbrahimov “Milyarderlər İttifaqı” gündəmə gəldikdən dərhal sonra dövlət başçısı İlham Əliyevin qəbuluna düşmək istəyib. Lakin komitə sədri buna nail ola bilməyib. Prezident Administrasiyasında isə Nazim İbrahimov ciddi şəkildə danlanılıb. Hətta komitə sədrinə öz səhvlərini düzəltmək üçün qısa müddətli zaman verilib. Əks halda vəzifəsi ilə vidalaşacağı haqda xəbərdarlıq etdiyi də vurğulanır.
Qeyd olunur ki, məhz bu xəbərdarlıqdan sonra Nazim İbrahimov RATİ-də təmsil olunan azərbaycanlı oliqarxları nüfuzdan salmaq üçün Rusiyada olan Diaspora Komitəsinin üzvlərini səfərbər edib. Buna baxmayaraq mənbə istisna etmir ki, Moskvadakı azərbaycanlı oliqarxların revanşı Nazim İbrahimovu bitirmək üzrədir.
Xatırladaq ki, Rusiya Azərbaycan Təşkilatları İttifaqında Azərbaycan baş nazirinin keçmiş I müavini Abbas Abbasov, “AzerRos”un prezidenti Söyün Sadıqov, Rusiya Notarial Kontorlar Gildiyasının prezidenti Natiq Agamirov, Asif Məhərrəmov, Rüstəm İbrahimbəyov, iş adamları İsgəndər Xəlilov, Vahid Ələkbərov, Araz Ağalarov, Telman İsmayılov və başqaları təmsil olunurlar.

Geri qayıt