Əsas Səhifə > Güney Press, Araşdırma > ZAKİR QARALOVDAN YENİ KADR İSLAHATLARI

ZAKİR QARALOVDAN YENİ KADR İSLAHATLARI


16-11-2012, 10:58
ZAKİR QARALOVDAN YENİ KADR İSLAHATLARI
YOXLAMALAR NƏTİCƏSİNİ VERİR

Bakının bir neçə rayon prokurorluqlarında aparılan ciddi yoxlamalar nəticəsini vermək üzrədir.

“Qafqazinfo”nun prokurorluqdankı mənbələrdən əldə etdiyi məlumata görə, Nəsimi və Xətai rayon prokurorluqlarında aparılan yoxlamalardan sonra bəzi yerdəyişmələr edilir. Nəsimi rayon prokuroru Aqşin Ziyadov bir müddət əvvəl Konstitutsiya Məhkəmisinin hakimi təyin olunmuş Mahir Muradovun yerinə təyin olunur. Nəsimi rayon prokuroru isə Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev göndərilir.

Onu da əlavə edək ki, Xətai rayon prokuroru Yusif İldrımzadə növbəti 5 illiyə öz vəzifəsində saxlanılır. Hazırda 59 yaşında olan prokurorun təqaüdə çıxmasına cəmi bir il qalıb.

Geri qayıt