Əsas Səhifə > Güney Press, Üçüncü sektor > OQTAY ŞİRƏLİYEVİ EŞİDƏN YOXDUR

OQTAY ŞİRƏLİYEVİ EŞİDƏN YOXDUR


16-11-2012, 08:51
OQTAY ŞİRƏLİYEVİ EŞİDƏN YOXDUR
NAZİRİN PEYVƏND GÖSTƏRİŞİ QULAQARDINA VURULUR

Səhiyyə sektorunda üz qarası olan xəstəxanaların sayı az deyil. Həkimlərin xəstələrə pul gözündə baxması, onları dolanışıq yeri kimi görməsi də sirr sayılmır. Amma bəzi həkimlər də var ki, onların hərəkətlərinə həqiqətən də hüquqi qiymət verilməlidir. Çünki bir tərəfdən korrupsiya, digər tərəfdən də dövlət əmlakını mənimsəməyə görə, məşhər ayağına çəkilmələri zəruridir.
Lakin bu gün səhiyyə naziri Oqtay Şirəliyevin əmrlərinə poliklinikalarda əməl edən yoxdur.
"AzeriNews.org" xəbər verir ki, bir müddət əvvəl nazir poliklinikalarda uşaqlara vurulan peyvəndlərin tərkibi haqda «Peyvənd otağı»nın qarşısında elan vurulacağı haqda göstəriş versə də, yerlərdə buna əməl olunmur: «Hətta bu haqda nazir müavinlərindən biri ANS-ə bildirmişdi ki, fevral ayından bütün poliklinikalarda Peyvənd otaqlarının qarşısında tablo vurulacaq və guya Səhiyyə Nazirliyi tərəfindən reydlər keçirilib, bunlar yerində yoxlanılacaq. Amma fakt odur ki, belə bir əmrə yerlərdə sayğısızlıq olunub».
Məsələn, 5 saylı Uşaq xəstəxanası, Nizami rayonu 2 sayli, Abşeron rayon polilinikası, Keşlə qəsəbəsindəki uşaq poliklinikasi. 12 saylı poliklinika, 5 saylı poliklinika, Qələbə kinoteatrının yanındakı poliklinika, 1, 10, 11, 13, 14, 15, 18,21 və digər poliklinikalarda müşahidələr zamanı nazir Oqtay Şirəliyevin əmrinə əməl olunmadığı təsdiqlənib.

Geri qayıt