Əsas Səhifə > Partiya > BAYRAĞA VƏ TÜRK MİLLƏTİNƏ QARŞI HÜCUMLAR DAYANDIRILSIN!

BAYRAĞA VƏ TÜRK MİLLƏTİNƏ QARŞI HÜCUMLAR DAYANDIRILSIN!


11-11-2011, 13:03
BAYRAĞA VƏ TÜRK MİLLƏTİNƏ QARŞI HÜCUMLAR DAYANDIRILSIN!

TÜRK MİLLƏTÇİLƏRİ ETİRAZA QALXDI

DİA.AZ: - Məlum olduğu kimi, 9 noyabr Bayraq Günü münasibətilə İctimai Televiziyada aparılan müzakirələr zamanı politoloq Rüstəm Məmmədov dövlət bayrağının qanunlarla təsbit edilmiş rəng mənalarına qərəzli şəkildə öz çıxışı zamanı fərqli yanaşıb, indiyə kimi rast gəlinməyən rəmzi mənalar “kəşf” edib.

Verilişin aparıcıları da çaşqın duruma düşsələr də öz etirazlarını bildirməyib. 10 noyabr tarixində isə ANS telekanalında müğənni Nadir Qafarzadə öz milli soykökünü xüsusi vurğulayıb, türk millətinə qarşı ifadələr işlədib. Təəsüflər olsun ki, bu çıxışdan sonra telekanal tərəfindən hər hansı etiraz edilməyib.

Hər iki olay sosial şəbəkədə və mətbuatda ciddi etiraz doğurub. Bu məsələlərə Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan da münasibət bildirib.

“Dünya” İnformasiya agentliyinə açıqlama verən MQP lideri iki telekanalda ardıcıl olaraq antitürk mövqe sərgilənməsini təsadüf saymadığını qeyd edib. Vüqar Bəyturanın sözlərinə görə, politoloq Rüstəm Məmmədovun bayrağımızın rənglərinə yeni məna axtarışı məhz göy rəngin türkçülüyü, türklüyü ifadə etməsinin üzərinə kölgə salmaq məqsədi daşıyıb.

Bu istəyin müəllifinin təkcə sözügedən şəxs olduğuna inanmadığını vurğulayan partiya rəhbəri son zamanlar Rusiya tərəfindən etnik problemlərin qızışdırılması istiqamətindəki addımlara diqqət yetirməyin vacib olduğunu söyləyib. 12-13 noyabrda Ermənistanda keçirilməsiplanlaşdırılan separatçıların talış forumu, bir müddət əvvəl Rusiyada keçirilən azsaylı xalqların gizli toplantısı və müxtəlif etnik separatçı qurumların fəallaşması fonunda televiziyalarda baş verən antitürk çıxışları təhlil etmənin tərəfdarı olduğunu bildirən Milli Qurtuluşçuların lideri müvafiq strukturların təcili tədbirlər görülməsinə çağırıb. Nadir Qafarzadənin açıq şəkildə Türkiyəni nəzərdə tutaraq türklüyə həqarət etməsini böyük qələt kimi qiymətləndirən Vüqar Bəyturan siyasi hakimiyyəti Azərbaycan-Türkiyə strateji tərəfdaşlıq, qardaşlıq və əməkdaşlıq birliyinə səmimi yanaşmağa dəvət edib, sözügedən müğənninin “dağlı”, “tat”, “fars” kökənli olmasını əsas gətirərək, türklüyə efirdən həqarət etdiyi üçün cəzalandırılmasını tələb edib.


Geri qayıt