Əsas Səhifə > Cəmiyyət > ƏLİ ƏHMƏDOVUN ADI ALTINDA TALANÇILIQ

ƏLİ ƏHMƏDOVUN ADI ALTINDA TALANÇILIQ


15-11-2012, 13:03
ƏLİ ƏHMƏDOVUN ADI ALTINDA TALANÇILIQ
YAP SƏDRİNİN MÜAVİNİNİ KİMLƏR ZƏRBƏ ALTINDA QOYUR?

Gunxeber.com-un Aran bölgəsi üzrə müxbiri Beyləqan rayonunda olarkən bira maraqlı məlumatlar əldə edib, eləcə də rayon sakinlərindən ona xeyli müraciətlər ünvanlanıb.
Həmin məlumatları ardıcıl olaraq təqdim edəcəyik.
Belə müraciətlərin birində deyilir ki, Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev əməlli-başlı rayon sakinlərinə divan tutur.
Müxtəlif problemlərlə üzləşən sakinlər icra başçısının qəbuluna düşərək dərdlərini demək istəsələr də, buna nail ola bilmirlər və kobudluqla üzləşirlər. Rayon sakini Şükür Səfərov bildirir ki, icra başçısı ilə görüşmək istəyən vətəndaşlar elə birinci mərtəbədən mühafizəçi tərəfindən təhqir olunaraq çölə çıxarılır: “Bu ədalətsizlikdir, haqqımızı tələb edə bilmirik, qanuni haqqımız olan torpaq sahələrimizi icra başçısı zorla əlimizdən alaraq, digər şəxslərə satır. Bizləri insan yerinə qoymurlar, elə bilki biz bu dövlətin vətəndaşları deyilik, bizim bu dövlətdə yaşamaq haqqımız yoxdur, qanun üstünə zorla qanun çıxarırlar. Bu cür hərəkətlər etməklə həm bizə, həmdə dövlət başçısına qarşı hörmətsizlik edilir. Preziden icra başçısını ona görə təyin edir ki, vətəndaşları dinləsin, onların problemlərini həlli ilə məşğul olsun. Prezident onları təyin etməyib ki, rayon sakinləri arasında ixtişaş yaradaraq, xalqı onun prazidentindən narazı salsınlar”.
Beyləqan rayon İmamverdilər kənd sakini, Qarabağ əlili Əliyev Nəbi Cümşüd oğlu isə çikayət ərizəsində bunları yazıb: “Dövlət Qış otlaq sahəsindən 1997-ci ildə müqavilə ilə20 ha torpaq sahəsi götürmüşəm. Bu il müqavilənin vaxtı bitdiyinə görə, yenidən müqavilə bağlamaq üçün ərizə ilə rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevə müraciət etdim. İcra başçısına etdiyim müraciətin heç bir faydası olmadı. Beləki rayon Torpaq Şöbəsinin müdiri Rəfayel Pəsiyev həmin 20 ha torpaq sahəsini İmanov Telman Rəşğan oğlundan 400 manat alaraq ona verib. Mən Qarabağ əliliyəm Azərbaycanın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə iştirak emişəm. Bu gun əqidəsini satan Rəfayel Pəsiyev kimi “məmurlar” tərəfindən təhqir olunuram. Nəyə görə, Rəfayel Pəsiyevin dövlət torpaqalrını qeyri-qanuni yolla, zor gücünə ələ keçirdiyini bilənlər, ondan bunun hesabını soruşmurlar. Beyləqanın torpaqlarının yarıdan çoxunu zəbt edərək öz fermer təsərrüfatını yaradaraq, rayon camaatına zülm edən bu şəxsə hakimiyyətin gücü yetmirmi?! Rəfayel Rəsiyev hər yerdə deyir ki, arxasında YAP-ın icra katibi Əli Əhmədov dayanır və heç kim ona heç nı deyə bilməz”.
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt