Əsas Səhifə > Güney Press, Araşdırma > PREZİDENT ADMİNİSTRASİYASINA YÜRÜŞ

PREZİDENT ADMİNİSTRASİYASINA YÜRÜŞ


15-11-2012, 12:35
PREZİDENT ADMİNİSTRASİYASINA YÜRÜŞ
AYGÜN KAZIMOVANIN QOHUMUNUN QURBANLARI AYAQLANDI

Aldadılmış istehlakçılar yenidən Prezident Sarayının qarşısına toplaşaraq aksiya keçirməyə cəhd göstəriblər, ancaq polis bu dəfə onlara mane olub.

"Yeni Müsavat"ın əməkdaşı Emil Salamoğlunun verdiyi məlumata görə, bu gün öz etirazını bildirən istehlakçılar məşhur müğənni Aygün Kazımovanın qardaşı Kazım Kazımzadənin rəhbərlik etdiyi tikinti şirkəti tərəfindən aldadıqlarını söyləyir, hakimiyyətin bu məsələyə bir əncam çəkməsini tələb edirlər. Onların hər biri şirkətə külli miqdarda pul ödəyiblər, ancaq nə mənzillərini, nə də pullarını ala bilmirlər.

Reportyorumuz Prezident Sarayını mühafizə edən polislərin bu dəfə jurnalistlərə qarşı da aqressiv davrandıqlarını bildirib. Onun sözlərinə görə, jurnaistlər hər hansı bir dövlət obyektini deyil, əhz şikayətçilərin şəklini çəksə də, polislər onların fotoaparatlarını əllərindən alıblar.

Şikayətçilərin bir qisminin polis bölmələrinə aparıldığı bildirilir.

Geri qayıt