Əsas Səhifə > Partiya > HAKİM PARTİYA MÜXALİFƏTƏ DƏVƏT GÖNDƏRMƏDİ

HAKİM PARTİYA MÜXALİFƏTƏ DƏVƏT GÖNDƏRMƏDİ


15-11-2012, 12:13
HAKİM PARTİYA MÜXALİFƏTƏ DƏVƏT GÖNDƏRMƏDİ
YAP KİN SAXLAYIR?

Yeni Azərbaycan Partiyasının (YAP) 20 illik yubiley tədbirinə müxalifət nümayəndələri dəvət olunmayıb. Bu barədə Modern.az saytına Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. Onun sözlərinə görə, tədbir sabah keçiriləcək, indiyədək bu haqda hakim partiyadan Müsavata dəvət göndərilməyib.

“Müsavat Partiyası olaraq bizə Yeni Azərbaycan Partiyasının yubiley tədbirinə dəvət göndərilməyib”, - deyə G.Aslanlı bildirib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20 illik yubiley tədbiri noyabrın 16-da “Buta Palace” sarayında keçiriləcək. Hakim partiyanın yubiley tədbirində ölkənin aparıcı ictimai-siyasi, mədəniyyət xadimləri ilə yanaşı, xarici qonaqların da iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, Hakim Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il noyabrın 21-də keçirilib. Partiya 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev seçilib. Hakim Partiyanın hazırki sədri ölkə başçısı İlham Əliyevdir.

Geri qayıt