Əsas Səhifə > Sosial, Manşet > FARS-MOLLA REJİMİ İNDİ DƏ XƏZƏRƏ İDDİA EDİR

FARS-MOLLA REJİMİ İNDİ DƏ XƏZƏRƏ İDDİA EDİR


15-11-2012, 11:47
FARS-MOLLA REJİMİ İNDİ DƏ XƏZƏRƏ İDDİA EDİR
ŞOK: RƏSMİ TEHRAN SƏN DEMƏ, XƏZƏRİN TƏN YARISINA İDDİALI İMİŞ

DİA.AZ: - Özünün absurd mövqeyi ilə hər zaman diqqətə gələn fars-molla rejimi bu dəfə Xəzər dənizi ərazisinin sahilyanı ölkələr arasında paylaşdırılması istiqamətində yeni bir gülməli iddia ilə çıxış edib. DİA.AZ xəbər verir ki, bu barədə İrana aid mətbuatda məlumatlar yer alıb.

Bildirək ki, aşağıda təqdim etdiyimiz həmin materialda Tehran rəsmisi Xəzər dənizinin tənyarısının onlara məxsus olduğunu və yerdə qalan 50 faizin isə keçmiş sovet respublikaları arasında bölünməli olduğunu iddia edib. Əgər belə olarsa, o zaman Azərbaycanın neft mədənlərinin də İrana verilməli olduğu ortaya çıxır. Bu isə o deməkdir ki, İran Azərbaycana və digər sahilyanı ölkələrə ərazi iddiası ilə çıxış edir.

«"Xəzər dənizi barədə axrıncı müqavilələr 1921-ci ildə "Dostluq" və 1940-cı ildə "Ticarət və Gəmiçilik" müqavilələri olmuşdur".

Məhəmməd Rəsuli jurnalistlərə müsahibəsində Xəzərin hüquqi statusu barədə deyib: "Mazandaran dənizi (Xəzər dənizini belə adlandırırlar –red.) cənubdan İrana və şimaldan Rusiyaya məhdudlaşan mavi sulardır".

Hüquqşünas və tədqiqatçı vurğulayıb: "Türkmənistan, Qazaxıstan və Azərbaycan kimi təzə müstəqillik qazanmış ölkələr də bu dənizlə sərhəddirlər. Bu dəniz Absukun, Hirkani, Gorgan, Xəzər və Kaspi kimi də tanınır. Bəziləri İranın qədim sənədlərində və Şahnamədə adı çəkilən "Fərax Kurat"ın da həmin Mazandaran dənizi olmasını deyirlər".

Rəsuli Xəzər dənizinin hüquqi statusu barədə artırıb: "Bu dəniz barədə axrıncı müqavilələr 1921-ci ildə "Dostluq" və 1940-cı ildə "Ticarət və Gəmiçilik" adlı müqavilələr olmuşdur".

O, sözünün davamında deyib: "Bu iki müqavilənin hüquqi nəticələrinə əsasən, Mazandaran dənizi bərabər paylarda İrana və keçmiş sovetlər birliyinə aid olub və hazırda da belədir. Bu müqavilələrə əsasən, bu dənizin 50 faizi İranındır və sovetlər birliyinin parçalanmasından sonra onun payı (50 faiz) varisləri arasında bölünməli idi".

Rəsuli artırıb: "Təəssüflər olsun ki, son illərdə qərb şirkətlərinin ardıcıl olaraq neft kəşf etmələrinin ardınca Mazandaran dənizinin ətraf mühitinin çirklənməsi ciddi şəkildə genişlənməkdədir".

Hüquqşünas daha sonra deyib: "Bu dənizin mühüm mənbələrindən neft və qaz yataqlarına, müxtəlif növ balıq və balıq kürüsünə işarə etmək olar. Zəngin yataqlar və dənizin müxtəlif cəhətlərdən əhəmiyyət kəsb etməsi super güclərin və müstəmləkəçi şirkətlərin bu bölgədə nüfuzlarını artırmaq istəmələrinə səbəb olmuşdur və bunun üçün regionun bəzi ölkələri ilə anlaşmalar yaratmağa çalışırlar"».

Geri qayıt