Əsas Səhifə > Dünya > DÜNYA NƏHƏNGİNİ KİM İDARƏ EDƏCƏK?

DÜNYA NƏHƏNGİNİ KİM İDARƏ EDƏCƏK?


15-11-2012, 11:09
DÜNYA NƏHƏNGİNİ KİM İDARƏ EDƏCƏK?
ÇİNİN YENİ LDİERİ SEÇİLDİ

Noyabrın 14-də Pekində Çin Kommunist Partiyasının 18-ci qurultayı başa çatıb.

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, 2 min nümayəndənin iştirak etdiyi qurultayda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin, Mərkəzi Nizam-İntizam Komissiyasının yeni tərkibi seçilib, partiyanın Nizamnaməsinə dəyişiklik təsdiqlənib.

Çin Kommunist Partiyasının yeni baş katibi partiyanın Siyasi Bürosunun üzvü Si Tszinpin seçilib. Məhz 59 yaşlı Si Tszinpin yaxın 10 ildə Çinə rəhbərlik edəcək. O, Çində siyasi sistemdə islahatların həyata keçirilməsi və iqtisadiyyatın transformasiyası kimi məsələləri həll etməlidir. Yaxın 10 ildə Çinin iqtisadi gücünə görə ABŞ-ı ötüb keçərək dünyanın birinci iqtisadiyyatına çevrilməsi gözlənilir. Əgər bu reallaşarsa, Si Tszinpin adı ölkə tarixinə qızıl hərflərlə yazılacaq.

Geri qayıt