Əsas Səhifə > Dünya > AMERİKA PARÇALANA BİLƏR

AMERİKA PARÇALANA BİLƏR


15-11-2012, 10:05
AMERİKA PARÇALANA BİLƏR
7 ŞTATIN SAKİNLƏRİNDƏN MÜSTƏQİLLİK İDDİASI

ABŞ seçkilərindən 1 həftə sonra, Obamanın səsvermədə qalib gəldiyi 7 ştatın sakinləri dövlət tərkibindən çıxmaq üçün hökümətə petisiya ünvanlayıb. Bir qayda olara əksər seçkilərdə respublikaçılar partiyasından olan namizədlərə səs verən Texas, Luiziana, Cənubi Karolina, Alabama, Corciya, Tenessi və Florida ştatlarında, müraciətə baxılması üçün yetərli olan 25 min-dən çox imza toplanıb.

Təkcə mühafizəkarların mərkəzləşdiyi Texasda, ştatın müstəqil dövlətə çevrilməsini 100 mindən çox insan öz imzası ilə təsdiq edib. Qeyd edək ki, Texas ştatı 1846-cı ildə Birləşmiş Ştatlara müstəqil dövlət kimi daxil olub və ştatın istənilən vaxt ABŞ tərkibinə tərk etmə hüququ var.

Xatırladaq ki, sonuncu dəfə ABŞ-dan 11 ştat 1860-1861-ci illərdə ayrılıb. Onlar Avraam Linkolnun prezident seçilməsinə qarşı çıxıb və müstəqil konfederasiya yaradıb. Ardınca isə ABŞ-ın cənub və şimalı arasında vətəndaş müharibəsi yaranıb və yalnız 1865-ci ildə dövlətin ərazi bütövlüyü bərpa olunub.

Geri qayıt