Əsas Səhifə > Hadisə > BAKIDA GƏNC QADIN BAŞINA GƏTİRİLƏNLƏRDƏN DANIŞDI

BAKIDA GƏNC QADIN BAŞINA GƏTİRİLƏNLƏRDƏN DANIŞDI


15-11-2012, 10:02
BAKIDA GƏNC QADIN BAŞINA GƏTİRİLƏNLƏRDƏN DANIŞDI
KÜÇƏLƏRİMİZ TƏHLÜKƏLİ OLUB

Səhər saatlarında evinə gələn qadın gözlənilməz halla üzləşib.

Bakının Nəsimi rayonu ərazisində gənc qadına hücum olub. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, dünən saat 05 radələrində 29 yaşlı Güllər Şıxıyeva “Hyundai” markalı maşınından düşmək istəyərkən naməlum şəxs ona hücum edib.

Qadına zor tətbiq edən şəxs onun içərisində 722 manat, 200 dollar, qızıl üzük, mobil telefon, bijuteriya, alışqan və ümumvətəndaş pasportu olan çantasını alaraq qaçıb.

G.Şıxıyeva başına gələnlərlə bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə müraciət edib.

Geri qayıt