Əsas Səhifə > Şou-biznes > DAHA BİR MƏHŞUR MÜĞƏNNİ BAKIYA GƏTİRİLİR

DAHA BİR MƏHŞUR MÜĞƏNNİ BAKIYA GƏTİRİLİR


15-11-2012, 09:59
DAHA BİR MƏHŞUR MÜĞƏNNİ BAKIYA GƏTİRİLİR
AMMA BU DƏFƏ XEYRİYYƏ MƏQSƏDİYLƏ

Heydər Əliyev Fondunun autizm sindromlu uşaqlara dəstək layihəsi çərçivəsində Bakıda dünya şöhrətli müğənni Toni Brekstonun konserti keçiriləcək.

Trend-in məlumatına görə, 6 Qremmi mükafatı laureatı Toni Brekston Bakıda ikigünlük konsert proqramı ilə çıxış edəcək. Unudulmaz şou dekabrın 17-18-də Heydər Əliyev Sarayında təşkil olunacaq.

Meqastar Bakı şousunda repertuarındakı məşhur hitləri, o cümlədən yeni mahnılarını ifa edəcək.

Toni Brekston tamaşaçılara 90 dəqiqəlik unudulmaz şou vəd edir.

Geri qayıt