Əsas Səhifə > Güney Press, Üçüncü sektor > CAVİD QURBANOV OĞLUNU BÖYÜK BİZNESƏ GƏTİRİR

CAVİD QURBANOV OĞLUNU BÖYÜK BİZNESƏ GƏTİRİR


15-11-2012, 09:40
CAVİD QURBANOV OĞLUNU BÖYÜK BİZNESƏ GƏTİRİR
BÜDCƏ PULLARININ YENİ YEYİLMƏ ÜSULU

"Azərolyservis"in rəhbəri, deputat Cavid Qurbanov bir müddət əvvəl Bakıda "Ford" markalı avtomobillər üçün servis xidməti açıb. Servis xidmətinə Cavid Qurbanovun oğlu Şəmşir Qurbanov rəhbərlik edir.

"AzeriNews.org"a daxil olan məlumatlarda bildirilir ki, Cavid Qurbanovun belə bir servis xidmətinin yaratması təsadüfi hal deyil. "Azəryolservis"in nəzdində yüzlərlə "Ford" markalı avtomobillər var. Cavid Qurbanov da şəxsi servis açaraq həmin avtomobillərin təmirini və burdan gələn pulları öz nəzarətinə götürmək istəyir. Təbii ki, həmin servisdə "Azəryolservis"in avmobillərinin təmiri iki-üç dəfə baha olacaq. Beləcə dövlətin pulları Cavid Qurbanovun cibinə axacaq.

Geri qayıt