Əsas Səhifə > Güney Press, Üçüncü sektor > OQTAY ŞİRƏLİYEVDƏN ARİF QARAŞOVA JEST

OQTAY ŞİRƏLİYEVDƏN ARİF QARAŞOVA JEST


15-11-2012, 09:36
OQTAY ŞİRƏLİYEVDƏN ARİF QARAŞOVA JEST
KEÇMİŞ XİDMƏT RƏSİNİNİN QOHUMU BAŞ HƏKİM TƏYİN OLUNDU

Daşınmaz Əmlakın Dövlət Xidmətinin sabiq rəisi Arif Qaraşovun yaxın qohumu, həm də qardaşının kürəkəni Cəsur Paşayev İmişli Mərkəzi Rayon Xəstəxanasının baş həkimi postu uğrunda gedən mübarizədən qalib ayrılıb.

Bu barədə mia.az-a daxil olan məlumata görə, Cəsur Paşayevin təyinatı iki gün əvvəl rəsmiləşib: «Mərkəzi Xəstəxananın baş həkimi Tahir Mikayılovun səhhətində problemlər olduğundan işə gələ bilmirdi. O səbəbdən də, xəstəxananın bir neçə həkimi, o cümlədən cərrah Cəsur Paşayev baş həkim olmaq üçün çalışırdı. Nəhayət, iki gün əvvəl nazir Oqtay Şirəliyevin əmri ilə o, baş həkim təyin olundu».

Məlumata görə, bu təyinatın gerçəkləşməsində Arif Qaraşovun "əvəzsiz rol"u olub.

Geri qayıt