Əsas Səhifə > Dünya > ƏRDOĞAN YENƏ DƏ FƏRQLƏNDİ

ƏRDOĞAN YENƏ DƏ FƏRQLƏNDİ


11-11-2011, 11:14
ƏRDOĞAN YENƏ DƏ FƏRQLƏNDİ

O, DAHA UCUZ OLAN OTELDƏ QALARAQ G-20-YƏ DAMĞA VURDU

Fransanın Kann şəhərində keçirilən “G-20” zirvəsində iştirak edən liderlərin otel xərcləri çox fantastik olub. Xərclər siyahısına ev sahibi Nikolas Sarkozi başçılıq edir.

Məlumata görə, iqtisadi böhran səbəbilə yeni islahat paketləri hazırlayan Fransa prezidenti “Majestic de Cannes” otelinə bir gecə üçün 37 000 avro ödəyib. Bu siyahıda ABŞ prezidenti Barak Obamanın da adı var. Və o, “Carlton Voisin” otelinə bir gecə üçün 35 000 avro ödəyib.

Ölkəsindəki iqtisadi böhran səbəbilə tutduğu vəzifədən istefa verməsi üçün xalq tərəfindən təzyiqlərə məruz qalan İtaliyanın baş naziri Silvio Berluskoni qaldığı otelə 29 000 avro ödəyərək siyahının 3-cü pilləsində qərarlaşıb.
Çin Xalq respublikasının prezidenti Hu Tszintao bir gecə üçün qaldığı “Gray d'Albion” otelinə 11 600 avro ödəyib.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə qaldığı “Hotel Martinez” otelinə bir gecəlik 2 600 avro ödəyib. Ərdoğan həmçinin ölkə liderləri üçün hazırlanmış təhlükəsiz bölgənin xaricindəki oteldə qalan yeganə lider olub.

Qeyd edək ki, tədbirin başlamasından əvvəl də liderlər üçün nəzərdə tutulmuş yerdə Ərdoğan Türkiyənin dövlət bayrağını yerdən qaldıraraq onu cibinə qoymuşdu.


Geri qayıt