Əsas Səhifə > Cəmiyyət, Manşet > «A.M.A.Y.»IN BİNASI AVROPA ŞİRKƏTİNƏ SATILA BİLƏR
«A.M.A.Y.»IN BİNASI AVROPA ŞİRKƏTİNƏ SATILA BİLƏR14-11-2012, 13:16 |
ABDULLA ABDULLAYEV AZƏRBAYCANI TƏRK EDİR? DİA.AZ: - Məşhur iş adamı, «A.M.A.Y.» şirkətlər qrupunun prezidenti Abdulla Abdullayev Azərbaycandan birdəfəlik getməyə hazırlaşır. Bu ilginc məlumatı DİA.AZ-a mötəbər mənbələr verib. Xəbəri çatdıran qaynağın iddialarına görə, bir zamanlar bir sıra iqtisadi çevrələrin hədəfində olan Abdulla Abdullayev artıq Azərbaycandakı şəraitin dözülməz olduğunu aşkar surətdə gördüyündən belə bir addımı atmaq qərarına gəlib: «Hələlik onunla kimsənin işi yoxdur. Amma vəziyyət hər an gərginləşə bilər». Mənbəmiz bildirir ki, bu səbəbdən ehtiyatlı davranmaq zorunda qalan Abdulla Abdullayev hətta «A.M.A.Y.» Ticarət Mərkəzinin yerləşdiyi binasına Avropadan müştəri də tapıb: «Koknkretləşmiş razılaşma yoxdur. Amma mümkündür ki, alqı-satqı ilə bağlı işlərə başlanılsın». Onu da bildirək ki, bu məlumat redaksiyamıza xeyli müddətdir daxil olub və dəfələrlə Abdulla Abdullayevlə əlaqə saxlamağa, məsələyə onun da münasibətini öyrənməyə çalışsaq da, o, redaksiyamızdan edilən telefon zənglərini cavablandırmadığından mümkün olmadı. Amma istənilən zaman biz iş adamının da mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |